İranı əslində KİM idarə edir? - Ən kritik qərarları O verir

İranda ABŞ və İsrail ilə davam edən müharibədən sonra ölkənin rəhbərlik strukturunda ciddi qeyri-müəyyənlik yaranıb.

Rəsmi olaraq Müctəba Xamenei ölkənin rəhbərliyinə keçmiş hesab edilsə də, onun ictimaiyyət qarşısında görünməməsi və yaralanması ilə bağlı iddialar qərarvermə proseslərinin zəiflədiyi barədə fikirlərə səbəb olur.

Bizim.Media xəbər verir ki, buna baxmayaraq, sahədəki əsas strateji addımların böyük ölçüdə İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən yönləndirildiyi bildirilir.

BBC-nin məlumatına görə, İranın ABŞ və İsrail ilə davam etdirdiyi müharibənin ilk günlərindən bəri Tehran üzərində “ölkəni əslində kim idarə edir?” sualı hələ də aktuallığını qoruyur.

Rəsmi açıqlamalara görə, Müctəba Xamenei atası Əli Xameneinin 28 fevralda müharibənin ilk günündə həyatını itirməsindən sonra ölkənin ən yüksək rəhbər vəzifəsini öz üzərinə götürüb.

İranda mövcud siyasi sistemə əsasən, bu vəzifə müharibə və sülh də daxil olmaqla bütün strateji qərarların qəbulunda həlledici rol oynayır.
 

BBC-nin məlumatına görə, Müctəba Xameneinin vəzifəyə gəldikdən sonra ictimaiyyət qarşısına çıxmaması və yalnız məhdud sayda yazılı açıqlamalarla kifayətlənməsi diqqət çəkir. İran rəsmiləri ilk hücumlar zamanı onun yaralandığını təsdiqləsələr də, təfərrüat verməkdən yayınırlar.


ABŞ mətbuatına istinadən yayılan xəbərlərdə Müctəba Xameneinin üz nahiyəsindən də yaralandığı və danışmaqda çətinlik çəkdiyi iddia olunur. Bu vəziyyət İran siyasətində mühüm sayılan “görünən liderlik” amilinin zəifləməsinə səbəb olur.

İranda hakimiyyətin yalnız institusional deyil, eyni zamanda simvolik və performativ xarakter daşıdığına diqqət çəkilir.

Xatırladılır ki, əvvəlki liderin çıxışları və ictimaiyyətə açıq mesajları sistem üçün istiqamətverici rol oynayırdı. Bu siqnal mexanizminin zəifləməsi ilə isə şərh boşluğunun yarandığı qeyd olunur.
 

Müharibədən əvvəlki dövrlə müqayisədə İranda qərarvermə prosesi daha az mərkəzləşdirilmiş xarakter alıb. Diplomatiya formal olaraq hökumətin səlahiyyətində olsa da, sahədə baş verən hadisələr bunu tam təsdiqləmir.


Xarici işlər naziri Abbas Əraqçi Məsud Pezeşkian dövründə ABŞ ilə aparılan danışıqlarda fəal rol oynasa da, strateji istiqamətin müəyyənləşdirilməsi baxımından təsir imkanlarının məhdud olduğu bildirilir.

Xəbərə görə, İranın ən mühüm strateji rıçaqlarından biri olan Hörmüz boğazı üzərində nəzarət diplomatik komandadan daha çox hərbi qanadın əlindədir. Bu çərçivədə qərarların Əhməd Vahidinin rəhbərlik etdiyi İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən verildiyi vurğulanır.

BBC-nin məlumatına görə, mövcud vəziyyətdə böhranın gedişatını müəyyən edən əsas aktor kimi İslam İnqilabı Keşikçiləri Korpusu ön plana çıxır. Körfəzdəki hücumların və Hörmüz boğazına yönəlik addımların məhz bu struktur tərəfindən idarə olunduğu bildirilir.

Qeyd olunur ki, siyasi və diplomatik açıqlamalar isə əksər hallarda bu hərbi addımlardan sonra verilir və istiqamətverici olmaqdan daha çox, onları izləyən xarakter daşıyır.
 

Bu qeyri-müəyyənlik şəraitində parlamentin spikeri Məhəmməd Baqir Qalibaf önə çıxan fiqurlardan birinə çevrilib. Keçmiş İslam İnqilabı Keşikçiləri Korpusu komandiri olan Qalibafın danışıqlarda iştirakı, ictimaiyyət qarşısında çıxışlar etdiyi və müharibəni daha praqmatik çərçivədə qiymətləndirdiyi bildirilir.


BBC-nin məlumatına görə, Məhəmməd Baqir Qalibafın mövqeyi kifayət qədər həssas və qeyri-sabitdir. Parlamentdə və mühafizəkar dairələrdə səslənən sərt bəyanatlar danışıqlara qarşı güclü müqavimət yaradır, eyni zamanda Qalibafın səlahiyyətlərinin dəqiq müəyyən olunmadığı vurğulanır.

Xəbərə görə, İranda mövcud vəziyyət tam çöküş kimi qiymətləndirilmir, lakin sistemin istiqamət müəyyənləşdirmə qabiliyyətində ciddi zəifləmə müşahidə olunur.

Ali liderin səlahiyyətləri nəzəri olaraq qüvvədə qalsa da, praktikada bu gücün açıq və görünən şəkildə istifadə olunmadığı bildirilir.
 

Prezidentlik institutu uyğun və koordinasiyalı şəkildə fəaliyyət göstərsə də, liderlik rolunu üzərinə götürmür. Diplomatiya aktiv olsa da, həlledici təsirə malik deyil, ordu isə sahədə təsirli fəaliyyət göstərməsinə baxmayaraq, ictimaiyyətə açıq aydın bir strategiya ortaya qoymur.


BBC-nin məlumatına görə, İran sistemi hələ də nəzarəti itirməyib və eyni vaxtda bir neçə istiqamətdə fəaliyyət göstərə bilir. Lakin malik olduğu gücü aydın və ardıcıl bir strategiyaya çevirməkdə çətinlik çəkdiyi bildirilir. (lent.az)

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

Bu qəsəbədə saxta alkoqollu içkilər istehsal edilirmiş – FOTO

Bu qəsəbədə saxta alkoqollu içkilər istehsal edilirmiş – FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hərbçilərin maaşı ARTIRILIR

Hərbçilərin maaşı ARTIRILIR

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

End of content

No more pages to load

RADİO