Elnur Hüseynov ÜSYAN ETDİ: “Cibində pulun, arxanda adam yoxdursa, heç kimsən” - VİDEO

“Davam etmək üçün fikir, sponsor, maliyə lazımdır. Nə qədər bacarıqlı olsan belə qapılar pulla açılır. Bunu 35 yaşında başa düşdüm. Mənə demişdilər ki, cibində pulun, arxanda adam yoxdursa, heç kimsən. Söyləyirdim elə deyil, amma zamanla anladım ki, elədir”. 

Bizim.Media xəbər verir ki,  bu sözləri Azərbaycanı 2008-ci və 2015-cı illərdə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil etmiş və “O səs Türkiyə” müsabiqəsinin qalibi olmuş müğənni Elnur Hüseynov qonaq olduğu “Söhbət var” axşam şousunda deyib. 

Sənətçi qalib olduğu “O səs Türkiyə” müsabiqəsində başına gələn hadisələrdən danışıb. Elnur musiqi şirkəti ilə sövdələşməyə imza atsa da, fəaliyyətsizliyi ucbatından önə getməkdənsə gerilədiyini bildirib.  

“O səs Türkiyə"dəki birincilər yoxdurlar. Nə məndən əvvəl, nə də sonra. Çünki qəribə bir şey var orada. “O səs Türkiyə”dən sonra “Avrupa müzik”lə sövdələşməyə getmişdim. Onu da necə edirsən? “O səs Türkiyə”ə gələndə iki sövdələşməyə imza atırsan. Birincisi “TV8” kanalı, “Acun Media” ilədir. Bir il ərzində başqa televiziyaya getməyəcəksən, müsahibə verməyəcəksən. İkinci də o vaxt keçərli olur ki, birinci olursan.

Oldum və “Avrupa müzik”ə keçdim. İki il ərzində heç nə etmədilər. Soruşurdum ki, niyə də nəsə etmirik? Məndən öncə bir uşaq birinci olmuşdu. Aşpaz idi, opera oxuyurdu, gözəl də səsi var idi. Dedim ki, ona niyə albom çıxartmamısınız?
Dedilər ki, satılmır. Dedim ki, internetdən aranjemanlar götürün,  pulla alın və disk buraxın. İşləmək istəmirlər. İki il ərzində də sponsorlar gəldi-getdi, çünki sövdələşmə var idi. O zaman danışa bilmirdim. Bəli, özüm mahnı yaza bilərəm, çünki, dostlarım, çevrəm, yaxınlarım var. Elə uşaqlar var ki, ora gedəndə psixoloji problemlər yaşayırdılar. Düşünürəm ki, bu belə olmamalıdır”. 

Qeyd edək ki, Elnur Hüseynov Vətəni tərk edərək, uzun müddətdir Türkiyənin İzmir şəhərinə köçüb. 

Rəşad Əliyev, Bizim.Media


 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və İsrail arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edildi - FOTO

Azərbaycan və İsrail arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edildi - FOTO

UEFA araşdırmalara başladı

UEFA araşdırmalara başladı

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Messi fəxri doktor OLDU - FOTO

Messi fəxri doktor OLDU - FOTO

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

“Futbolu daha çox sevməyimə səbəb oldun”

“Futbolu daha çox sevməyimə səbəb oldun”

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

AFFA klub rəsmisini CƏZALANDIRDI

AFFA klub rəsmisini CƏZALANDIRDI

End of content

No more pages to load

RADİO