Avropa Komissiyası üzv dövlətlərin xarici siyasət, sanksiyalar və Aİ-nin genişlənməsi ilə bağlı qərarlarda veto hüququnun ləğv edilməsini təklif edib.
Bizim.Media xəbər verir ki, hazırda Avropa İttifaqında bu məsələlər üzrə qərarlar yekdillik prinsipi əsasında qəbul olunur.
Bu qaydaya əsasən, istənilən üzv ölkə, məsələn, Macarıstan və ya Slovakiya Rusiyaya qarşı sanksiyalar paketinin qəbuluna və ya Ukraynaya yardım göstərilməsinə veto qoya bilər.
Avropa Komissiyasının təklifi qəbul edilərsə, ayrı-ayrı üzv dövlətlərin bu məsələlərdə qərarların qarşısını təkbaşına alması imkanının məhdudlaşdırılması nəzərdə tutulur.
Bizim.Media