Fransada baş verən etiraz və iğtişaşlar fonunda İsraildə ölkədə yaşayan yəhudilərin kütləvi şəkildə köçürülməsi üçün plan hazırlanması müzakirə olunur.
Bizim.Media xəbər verir ki, İsrailin İnteqrasiya naziri Ofir Sofer Fransadakı vəziyyətlə əlaqədar yəhudilərin kütləvi köçü üçün hazırlıq planının hazırlanmasının vacibliyini bildirib.
İsrailin məskunlaşma məsələləri üzrə naziri Orit Strok da bu istiqamətdə hazırlıqlara başlanılmasının zəruri olduğunu deyib. Onun sözlərinə görə, hazırda Fransada yaşayan yəhudilər küçələrə çıxmaqdan qorxurlar.
Məsələ ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahu aidiyyəti qurumlara hərtərəfli plan hazırlanması barədə tapşırıq verib.
Qeyd olunur ki, 2026-cı ilin əvvəlindən Fransadan təxminən 4 min yəhudi İsrailə köçüb. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 40 faiz çoxdur.
Bizim.Media