“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin bildirib.
Onun sözlərinə görə, Moskva buna baxmayaraq, Cənubi Qafqazda sülh və rifahın mümkün qədər tez əldə olunması üçün dostcasına lazımi dəstəyi göstərməyə hazırdır.
Bizim.Media