Belarus ərazisindən silahlı şəxslər Latviyaya keçərək sərhəd yaxınlığında insident törədib.
Bizim.Media xəbər verir ki, ilkin olaraq silahlı naməlum şəxslər Latviya hərbçilərini hədələyib və təxminən 20 qeyri-qanuni miqrantı sərhəddən zorla keçirməyə cəhd ediblər. Lakin hərbçilər onların qarşısını alıblar.
Bir neçə saat sonra həmin qrup Latviyanın ərazisinə daxil olmağa nail olub. Naməlum şəxslər elektrik şitinə zərər vurub və müşahidə kameralarını oğurlayıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media