Qara dəniz sahilləri yaxınlığında neft daşıyan tanker pilotsuz katerlərin hücumuna məruz qalıb və nəticədə gəmidə yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Liberiya bayrağı altında üzən tankerdə 23 nəfərlik heyət olub. Onların hamısı Hindistan vətəndaşlarıdır və xilas ediliblər.
Hazırda dənizdə neftin açıq şəkildə yanması davam edir. Nazirliyin məlumatına görə, yanğının söndürülməsinə onun intensivliyi azaldıqdan sonra başlamaq mümkün olacaq.
Bizim.Media