Çinli nazirdən Pelosinin Tayvana səfərinə sərt ETİRAZ: “Bu, ABŞ-ın təxribatıdır”

“ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Çinin ciddi etirazlarına baxmayaraq Tayvana səfəri “Vahid Çin” prinsipini kobud şəkildə pozur, Çinin suverenliyinə qərəzli qəsd edir, açıq-aşkar siyasi təxribata yönəlir. Səfər Çin xalqı arasında ciddi hiddətə və beynəlxalq ictimaiyyətin böyük etirazına səbəb olub”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Çin xarici işlər naziri Van İnin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin özünü müstəqil dövlət kimi qələmə verən Tayvan adasına (“Çin Respublikası”) səfəri ilə bağlı bəyanatında yer alıb.

“Bu səfər ABŞ siyasətçilərinin Çin-ABŞ münasibətlərində baş bəlası olduğunu və Birləşmiş Ştatların Tayvan boğazında və regionda sülhün, sabitliyin ən böyük dağıdıcısına çevrildiyini bir daha göstərir.

Vaşinqton Çinin birləşməsinin qarşısını almağı xəyal etməməlidir. Tayvan Çinin bir hissəsidir və Çinin birləşməsi tarixi zərurətdir. Biz “Tayvanın müstəqilliyi”nə can atan qüvvələrə və xarici müdaxiləyə imkan verməyəcəyik. Tayvan məsələsi Çinin daxili işidir”, deyə çinli nazir əlavə edib.

ABŞ-ın Çinin inkişafını pozmaq üçün fantaziya qurmamalı olduğunu vurğulayan Van İ qeyd edib ki, heç bir ölkəyə Çinin sabitliyini və inkişafını pozmağa imkan verməyəcəklər:

“Çinin inkişafını və sülhpərvər yüksəlişini pozmağa cəhd olan Tayvan məsələsindəki təxribatlar da uğursuzluğa düçar olacaq”.

Çinli nazir ABŞ-ın Tayvan məsələsindəki yanaşmasının qarşıdurmaya yönəldiyini, habelə Asiya-Sakit okean hövzəsi xalqlarının ümidlərinin əksinə olduğunu bildirib. O, Vaşinqtonun “Tayvan kartı”nı oynamaqdan və BMT Nizamnaməsinin prinsiplərini pozmaqdan əl çəkməli olduğunu deyib.

Van İ Vaşinqtonun gərginliyin yüksəldilməsində Çini günahlandırmasını əsassız hesab edərək, faktların Birləşmiş Ştatların Tayvan məsələsi ilə Çinə qarşı təxribat etdiyini, Çinin suverenliyini və ərazi bütövlüyünü kobud surətdə pozduğunu göstərdiyini bildirib.

Qeyd edək ki, rəsmi Pekinin sərt etirazına və xəbərdarlığına baxmayaraq, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri xanım Nensi Pelosi avqustun 2-də gecə saatlarında Tayvan adasına səfərə gəlib. Bu, ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsini tutan şəxsin son 25 ildə Tayvana ilk səfəridir.
Xatırladaq ki, İkinci Dünya müharibəsindən sonra Çində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. “Vahid Çin” prinsipinə əsaslanan ÇXR Tayvandakı qondarma “Çin Respublikası”nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

Fransada dəhşətli tufan: Bir gecədə 141 mindən çox şimşək çaxdı, ölənlər var

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

“Turan Tovuz” İran millisi ilə heç-heçə oynadı

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Hərbçimiz təlim zamanı həlak oldu - FOTO

Laçında qaban sürüsü göründü – VİDEO

Laçında qaban sürüsü göründü – VİDEO

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Mərdəkanda gənc oğlan dənizdə boğuldu

Ayselin villası – VİDEO

Ayselin villası – VİDEO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Bakıda separatçıların məhkəməsi: Çıxışlar başa çatdı- FOTO

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

Millimiz Tacikistanla yoxlama görüşü keçirəcək

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

ABŞ ordusu İranın limanındakı strateji qülləni məhv etdi - VİDEO

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

Trampın paylaşımları pulla satılacaq - “Truth Social”dan YENİLİK

End of content

No more pages to load

RADİO