Azərbaycan Ordusunun hərbçisi həlak olub.
Bizim.Media “unikal.az”a istinadla xəbər verir ki, Azərbaycan Ordusunun 2002-ci il təvəllüdlü hərbi qulluqçusu Ələkbər Quliyev təlim zamanı həyatını itirib.
Qeyd edək ki, Ə.Quliyev Vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatlarında iştirak edib. Göstərdiyi igidliklərə görə bir neçə medalla təltif olunub.
Mərhum bu gün Biləsuvar rayonun Əliabad kəndində torpağa tapşırılıb.

Bizim.Media