Fransanı bürüyən güclü tufan və fırtına 53 min təsərrüfatın elektrik təchizatını kəsib. Bu rəqəm ümumilikdə 100 mindən çox insanı əhatə edir.
Bizim.Media xəbər verir ki, bu barədə “BFM TV” telekanalı ölkənin elektrik şəbəkələri operatoru “Enedis”ə istinadən məlumat yayıb.
Şirkətin məlumatına görə, iyulun 17-nə keçən gecə ölkə ərazisində 141 mindən çox şimşək çaxması qeydə alınıb. Təbii fəlakətdən ən çox Yeni Akvitaniya (20 min təsərrüfat) və Overn — Rona — Alp (25 min təsərrüfat) regionları zərər çəkib.
Güclü külək və əlverişsiz hava şəraiti səbəbindən bir çox rayonlarda ağaclar aşıb ki, bu da bərpa işlərini çətinləşdirib. Telekanalın məlumatına görə, təbii fəlakət nəticəsində iki nəfər həyatını itirib.
Bizim.Media