“Truth Social” sosial şəbəkəsi bank və ticarət şirkətlərinə ABŞ Prezidenti Donald Trampın və platformanın digər nüfuzlu istifadəçilərinin paylaşımlarına ən sürətli çıxış imkanı verəcək ödənişli və lisenziyalı “Truth API” məlumat ötürülməsi kanalını istifadəyə verəcək.
Bizim.Media xəbər verir ki, bu barədə iyulun 16-da “Trump Media & Technology Group” (TMTG) şirkətinə istinadən “Reuters” agentliyi məlumat yayıb.
“Truth API” avqustun 1-də fəaliyyətə başlayır və artıq qeydiyyatdan keçmiş müştərilərə malikdir.
Bu xətt 10 nüfuzlu hesabı əhatə edəcək və 2022-ci ildən bəri olan paylaşımları arxivləşdirəcək”, — deyə rəsmi məlumatda bildirilib.
Şirkətdən qeyd olunub ki, bu xidmət məlumatın gecikməsi səbəbindən maliyyə itkilərinə ən çox məruz qalan təşkilatlar, o cümlədən alqoritmik ticarət firmaları (hft-treyderlər) üçün nəzərdə tutulub.
Bizim.Media