İranın endirdiyi zərbələr nəticəsində Küveytin cənubunda iki yerdə yanğın qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə əmirliyin yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Məhəmməd əl-Qərib məlumat verib.
Onun sözlərinə görə, alovun qarşısı artıq alınıb və yanğınlar yanğınsöndürmə briqadalarının tam nəzarəti altındadır.
“Tələfat yoxdur, dəymiş ziyan yalnız maddi itkilərlə məhdudlaşır”, — deyə Küveytin KUNA agentliyi əl-Qəribin sözlərini sitat gətirib.
Hakimiyyət orqanları dağıntıların səbəbləri və miqyası barədə hələlik rəsmi məlumat yaymayıb. Qeyd olunub ki, hadisə yerində fövqəladə hallar xidmətləri işlərini davam etdirir.
Bizim.Media