Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən dəniz çimərliyində boğulma hadisəsi baş verib.
Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, Bakı şəhər sakini, 22 yaşlı Elgün Qarayev dənizdə boğulub.
Hazırda onun tapılması istiqamətində müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media