"Kəpəz" ev oyunlarını Gəncədə keçirə bilməyəcək.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, buna səbəb Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq rəyinə əsasən Gəncə şəhər stadionunda tribunaların qəzalı vəziyyətdə olmasıdır.
Komanda çempionatda ilk ev oyununu Bakıda "Dalğa Arena"da keçirəcək. Digər görüşlər haqda qərar qarşıdakı günlərdə veriləcək.
Bizim.Media