Əlavə 4 HIMARS reaktiv yaylım atəşi sistemi Ukraynaya gəlib.
Bizim.Media “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bunu müdafiə naziri Aleksey Reznikov Tvitter hesabında yazıb.
“Ukraynaya əlavə 4 HIMARS gəldi. Mən ABŞ prezidenti Co Baydenə, ABŞ müdafiə naziri Lloyd Ostinə və ABŞ vətəndaşlarına Ukrayna ordusunu gücləndirdiklərinə görə minnətdaram.
Biz sübut etdik ki, biz bu silahların bacarıqlı operatorlarıyıq. HİMARS-ın səsi cəbhə xəttində bu yayın əsas hitinə çevrildi!”, - deyə o yazıb.
Bizim.Media