İranın Ərdəbil, Şiraz, Səbzvar, Kermanşah, Gürgan və Həmədan zindanlarında adam öldürməkdə ittiham olunan 4 məhkum edam edilib.
Bizim.Media “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, bu barədə informasiyanı İran İnsan Haqları Təşkilatı yayıb.
Mənbə qeyd edir ki, 28 yaşlı Pəyam Nurinin Ərdəbilin mərkəzi zindanında edam hökmü icra edilib.
Eyni zamanda, uyuşdurucu maddələrin ticarətində günahlandırılan Əhməd Qədimi və Şəhram Yadigari adlı iki azərbaycanlı məhbus Həmədan şəhər zindanında, daha 4 məhbus isə eyni ittihamla Gürgan şəhər zindanında dar ağacından asılıb.
İran rəsmiləri və dövlət mediası adı çəkilən şəxslərin edamı barədə heç bir açıqlama verməyiblər.
Bizim.Media