ABŞ-ın Kentukki ştatında daşqınlar nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
Bizim.Media xarici KİV-lərə istinadla xəbər verir ki, ştatın qubernatoru ölənlərin sayının artdığını bildirib, həmçinin bir çox şəhərlərdə böyük dağıntıların baş verdiyini qeyd edib.
“Ölənlərin sayı 26-ya çatıb və artmaqda davam edəcək. Dağıntılar irimiqyaslıdır, çoxlu sayda ailə evlərini itirib və yaxın günlərdə daha çox yağıntı gözlənilir”, - deyə o, qeyd edib.
ABŞ Prezidenti Cozef Bayden leysan yağışların səbəb olduğu daşqını təbii fəlakət adlandırıb. Dövlət başçısı qeyd edib ki, Kentukkiyə federal yardım göstərmək barədə qərar qəbul edib.
Bizim.Media