Güləşçilərimiz finala vəsiqə qazandı - Avropa çempionatı 

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı start götürüb.

Bizim.Media xəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşçiləri 5 çəki dərəcəsində mübarizəyə başlayıblar.

Təmsilçilərimizdən Elvin İbadov (48 kq) təsnifat mərhələsində rumıniyalı Alberto Marian Enaçeskuya tam üstünlüklə qalib gəlib (8:0), 1/4 finalda türkiyəli Ali Sümbüllə görüşü də vaxtından əvvəl öz xeyrinə yekunlaşdırıb - 13:4. O, yarımfinalda macar Levente Fiqeylə gərgin keçən qarşılaşmadan da qalib ayrılaraq (2:1) finala yüksəlib. Güləşçimiz həlledici görüşdə gürcü Vaxtanq Lolua ilə üz-üzə gələcək.

Fəraim Mustafayev (55 kq) 1/8 finalda Mario Andrey Mariuta heç bir şans saxlamayıb - 9:1. O, növbəti görüşlərdə gürcü Saba Surmanidzeni 8:0, ukraynalı Maksim Çubenkonu 9:0 hesabı ilə məğlub edib. F.Mustafayev finalda erməni Hayk Lyudviqyan üzərində də qələbə qazansa, titulunu qoruyacaq.

Seymur Qasımov (65 kq) debütdə bolqar Xristiyan Borislavov İvanovu çətinlik çəkmədən üstələyib - 9:1, rumıniyalı Pavel Marian Alekseni də eyni hesabla məğlub edərək yarımfinala yüksəlib.

Macarıstanlı Levante Levayla finala vəsiqə uğrunda mübarizə aparan güləşçimiz rəqibini "tuşe" ilə yolundan kənarlaşdırıb. S.Qasımov son qarşılaşmada yunanıstanlı Arionas Kolitsopulosla qızıl medal uğrunda güləşəcək.

İsmayıl Rzayev (80 kq) isə əvvəlcə xorvat Dominik Qrqiçə 8:1 hesabı ilə qalib gəlib, daha sonra serbiyalı Branko Dukiçi də yolundan kənarlaşdıraraq (5:1) yarımfinala adlayıb. O, finalın bir addımlığında rumıniyalı Nikolaos Qavril İqnateskudan güclü olub - 5:2. İ.Rzayev həlledici qarşılaşmada moldovalı Mihay Qutuyla mübarizə aparacaq.
Nəhayət, Məzahim Mərdanov (110 kq) startda bolqar Maksim Milçev Petrovu (Bolqarıstan) xalçadan məyus yola salıb (3:1), 1/4 finalda erməni Rafayel Tovmasyana "tuşe" ilə qalib gəlsə də, yarımfinalda türkiyəli Cemal Yusuf Bakırla bacarmayıb - 0:8. M.Mərdanov sabah bürünc medal uğrunda görüşə çıxacaq.

Rəqib Yeqor Jekov (Moldova) - Dimitrios Tanos (Yunanıstan) görüşünün qalibi olacaq.

Qeyd edək ki, bu çəkilərdə medal görüşləri iyunun 14-də Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan Basketbol Liqası: Finalda “Sabah” və “Abşeron Lions” qarşılaşacaq

Azərbaycan Basketbol Liqası: Finalda “Sabah” və “Abşeron Lions” qarşılaşacaq

Millimizin üzvü Qazaxıstan klubu ilə anlaşdı

Millimizin üzvü Qazaxıstan klubu ilə anlaşdı

İngiltərə Kuboku: “Mançester Siti”nin finaldakı rəqibi “Çelsi” oldu

İngiltərə Kuboku: “Mançester Siti”nin finaldakı rəqibi “Çelsi” oldu

Yevlaxda qonşu qonşunu bıçaqladı - ÖZƏL

Yevlaxda qonşu qonşunu bıçaqladı - ÖZƏL

Ağızda əriyən yumşaq ət qovurmasının sirri — Sadə üsullar açıqlanıb

Ağızda əriyən yumşaq ət qovurmasının sirri — Sadə üsullar açıqlanıb

Mahmud Abbas tərəfdarları Fələstin muxtariyyətində yerli seçkilərdə qalib gəldilər

Mahmud Abbas tərəfdarları Fələstin muxtariyyətində yerli seçkilərdə qalib gəldilər

“Neftçi”nin məşqçisi: “Bu hesabla bağlı azarkeşlərdən üzr istəyirəm”

“Neftçi”nin məşqçisi: “Bu hesabla bağlı azarkeşlərdən üzr istəyirəm”

Tramp İrana yenidən xəbərdarlıq etdi: “Təxminən üç günləri qalıb”

Tramp İrana yenidən xəbərdarlıq etdi: “Təxminən üç günləri qalıb”

İranda ölənlərin 45 faizi mülki şəxslərdir

İranda ölənlərin 45 faizi mülki şəxslərdir

İtaliyada Ukrayna bayrağına görə dava düşdü - VİDEO

İtaliyada Ukrayna bayrağına görə dava düşdü - VİDEO

“Qalatasaray” derbidə “Fənərbağça”ya böyük hesabla qalib gəldi - VİDEO

“Qalatasaray” derbidə “Fənərbağça”ya böyük hesabla qalib gəldi - VİDEO

39 yaşlı Şəki sakinini “tok” vurdu

39 yaşlı Şəki sakinini “tok” vurdu

Ərdoğan Trampa zəng etdi - Yaralanan təhlükəsizlik əməkdaşına şəfa arzuladı

Ərdoğan Trampa zəng etdi - Yaralanan təhlükəsizlik əməkdaşına şəfa arzuladı

Dünyanın ən gözəl xanımlarına sahib ölkələr - SİYAHI

Dünyanın ən gözəl xanımlarına sahib ölkələr - SİYAHI

Bakıda məktəbli qəfil vəfat edib

Bakıda məktəbli qəfil vəfat edib

Bakıda 9-cu siniflərin buraxılış imtahanında İNSİDENT

Bakıda 9-cu siniflərin buraxılış imtahanında İNSİDENT

Goranboyda yeniyetməni “tok” vuraraq öldürdü

Goranboyda yeniyetməni “tok” vuraraq öldürdü

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda iki mükafata layiq görüldü - FOTO

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda iki mükafata layiq görüldü - FOTO

Formada qalmasının əsas səbəblərindən biri bu qidadan uzaq durması imiş - Aşbazı açıqladı

Formada qalmasının əsas səbəblərindən biri bu qidadan uzaq durması imiş - Aşbazı açıqladı

Maaş artımları ilə bağlı mühüm açıqlama

Maaş artımları ilə bağlı mühüm açıqlama

55 yaşdan yuxarı olan şəxslərin NƏZƏRİNƏ

55 yaşdan yuxarı olan şəxslərin NƏZƏRİNƏ

Tokioda məmurlara işə şortda gəlməyə icazə verildi

Tokioda məmurlara işə şortda gəlməyə icazə verildi

İran səfiri Əraqçinin Moskvada Putinlə görüşəcəyini açıqladı

İran səfiri Əraqçinin Moskvada Putinlə görüşəcəyini açıqladı

Gəncədə “QAZel” yandı, sürücü xəsarət aldı - FOTO/VİDEO

Gəncədə “QAZel” yandı, sürücü xəsarət aldı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO