Yevlaxda bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Nərimankənd kəndində qeydə alınıb.
Məlumata əsasən, 40 yaşlı Seymur Musa oğlu adlı şəxsi qonşusu olan gənc oğlan bıçaqlayıb.
Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyata götürülüb.
Hadisənin səbəbləri araşdırılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu