Maaş artımları ilə bağlı mühüm açıqlama

Minimum əmək haqqının artırılması dövlətin sosial rifahı yüksəltmək istiqamətində atdığı strateji addımlardan biridir. Bu qərar aşağı gəlirli təbəqənin alıcılıq qabiliyyətini artırmaqla yanaşı, əmək bazarındakı balanslara da birbaşa təsir göstərir. Lakin iqtisadi müstəvidə bu artım birmənalı qarşılanmır və həm müsbət, həm də riskli tərəfləri ilə diqqət çəkir. Xüsusilə özəl sektorun maliyyə yükünün artması sahibkarları yeni idarəetmə modelləri axtarmağa sövq edir. Bu proses kölgə iqtisadiyyatının daralması və ya əksinə, qeyri-formal məşğulluğun artması ehtimallarını gündəmə gətirir. Belə bir həssas məqamda artımın iqtisadi səmərəliliyini təmin etmək üçün kompleks yanaşma tələb olunur.

Bizim.Media xəbər verir ki, iqtisadçı Xalid Kərimli məsələ ilə bağlı demokrat.az-a açıqlamasında minimum əmək haqqının artırılması məsələsinə yanaşmanın onun nə qədər və hansı tempdə artırılmasından asılı olduğunu bildirib.

“Bu dəyişiklik təkcə dövlət sektoru ilə məhdudlaşmır, eyni zamanda özəl sektorda da əmək haqqı strukturuna təsir göstərir.
 

Özəl sektorun inkişaf səviyyəsi əmək bazarının formalaşmasında həlledici rol oynayır. Əgər biznes mühiti sağlam və rəqabətli inkişaf edirsə, işçi tələbi artır və bu da təbii olaraq əmək haqqı səviyyələrinin yüksəlməsinə gətirib çıxarır. Yəni bazar mexanizmi özü əmək haqqını tənzimləyir, işçi çatışmazlığı yarananda maaşlar artır, işçi çoxluğu olduqda isə sabitləşir. Özəl sektor yalnız real gəlir və satış hesabına xərclərini qarşılayır.


Buna görə də əmək haqqı artımı iqtisadi imkanlara uyğun olmalıdır, əks halda bizneslərin yükü artaraq onların fəaliyyətinə mənfi təsir göstərə bilər. Bu baxımdan minimal əmək haqqının artırılması sosial baxımdan vacib olsa da, onun sürətli və kəskin şəkildə artırılması risklər yarada bilər.

Belə hallarda işsizlik artımı, bəzi sahibkarların xərcləri azaltmaq üçün ixtisarlar etməsi və hətta kölgə iqtisadiyyatına meyl etməsi ehtimal olunur. Digər tərəfdən, minimal əmək haqqının artırılması müsbət təsirlər də yaradır. Xüsusilə əmək haqqının rəsmiləşdirilməsinə təkan verir və işçilərin hüquqlarının qorunmasını gücləndirir. Çünki işəgötürənlər qanunla müəyyən edilən minimumdan aşağı maaş vermək imkanını itirirlər. Bu da ümumi əmək bazarında şəffaflığı artırır”.

O qeyd edib ki, əmək haqqı siyasətində balans vacibdir:
 

“Kəskin artımlar yalnız sosial məqsədlərlə deyil, həm də iqtisadi dayanıqlıq nəzərə alınaraq həyata keçirilməlidir. Çünki əmək haqqı xərci də müəssisələrin əsas xərclərindən biridir və bu artım qiymətlərə təsir edərək inflyasiya təzyiqi yarada bilər. İqtisadiyyatın qeyri-neft sektoru inkişaf etdikcə, ixrac gücləndikcə və biznes mühiti rəqabətli olduqca, əmək haqları da təbii şəkildə yüksəlir.


Beləliklə, dövlət siyasətində əsas fokus minimal əmək haqqının inzibati qaydada artırılmasından çox, iqtisadi mühitin gücləndirilməsinə yönəlməlidir. Beynəlxalq praktikada minimal əmək haqqı orta aylıq əmə khaqqının müəyyən faizinə yaxın olmalıdır. Bu göstərici bir çox ölkələrdə 50-70 faiz aralığında dəyişir. Azərbaycanda isə bu nisbət daha aşağıdır. Məsələn, orta aylıq əmək haqqı 1100 manat olduğu halda, minimal əmək haqqı 400 manat ətrafındadır ki, bu da 40 faizə belə çatmır. Bu səbəbdən gələcəkdə mərhələli şəkildə minimal əməkhaqqının orta əmək haqqına nisbətinin artırılması vacib istiqamət kimi qiymətləndirilə bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DTX-nin saxlandığı Saleh Səmədova cəza istənildi

DTX-nin saxlandığı Saleh Səmədova cəza istənildi

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dilan Polat nəzarətə götürüldü

Dilan Polat nəzarətə götürüldü

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Hasan Şaşın narkotik testi müsbət çıxdı

Hasan Şaşın narkotik testi müsbət çıxdı

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Xocavənd şəhərində daha 55 nəfər doğma yurduna qovuşdu - VİDEO

Xocavənd şəhərində daha 55 nəfər doğma yurduna qovuşdu - VİDEO

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

End of content

No more pages to load

RADİO