Gəncədə “QAZel” markalı orta tonnajlı yük avtomobili qəfil alışıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sevil Qazıyeva küçəsində baş verib.
İlkin məlumata əsasən, Elşən Cəfərova məxsus avtomobildə yanğın başlayıb. Hadisə zamanı sürücü alovu söndürməyə çalışarkən əlindən və bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb olunub. Yanğın onların köməkliyi ilə söndürülüb.
Hadisənin səbəbləri araşdırılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu