“Neftçi”nin məşqçisi: “Bu hesabla bağlı azarkeşlərdən üzr istəyirəm”

“Qarabağ”la aramızda səviyyə fərqi var. Biz də o mərhələyə çatmaq istəyirik. Bu, asan məsələ deyil. Çalışmalı, hər gün məşq etməliyik. Boşluqlar olarsa, o gücə çatmaq mümkün deyil. Futbolçular bunu nə qədər tez dərk etsə, nəticələr də bir o qədər yaxşı olar. Belə rəqibə qarşı oynayanda tək motivasiya və keyfiyyət kifayət etmir, meydanda maksimum güc sərf etmək lazımdır.

Bizim.Media xəbər verir ki, bu sözləri “Neftçi”nin məşqçisi Vitali Vernidub Azərbaycan Premyer Liqasının XXIX turunda “Qarabağ”a 1:5 hesabı ilə uduzduqları oyunun mətbuat konfransında deyib.

Məşqçi rəqibin yarımmüdafiə xəttinə qarşı hazırlaşdıqlarını vurğulayıb:

“Əlbəttə, oyuna hazırlaşmışdıq. Rəqibi təhlil etmişdik. Kadi Borges və Yankoviç kimi futbolçular Çempionlar Liqasında səviyyələrini göstəriblər. Bizim oyunçular da özlərinə sual verməlidir: onlar da belə oynaya bilərdilərmi? Biz məşqçilər də düşünməliyik ki, bu cür oyunlarda taktiki baxımdan nələri yaxşılaşdıra bilərik. Hər kəs bunu qəbul etməli və başa düşməlidir. Hər futbolçu öz ambisiyasını klubdan üstün tutmamalıdır. “Neftçi” futbolçulardan böyükdür”.

V.Vernidub “Qarabağ”ın hücumçusu Musa Qurbanlının oyununa da toxunub:

“Rəqibi təhlil etmişdik. Sadəcə Musa bəzi epizodlarda müdafiəni yara bildi. İlk növbədə öz oyunumuzu təhlil etməli və nəticə çıxarmalıyıq. Bu hesabla bağlı azarkeşlərdən üzr istəyirəm”.

Mütəxəssis növbəti oyunla bağlı ümidli olduğunu bildirib:

“Hazırlaşacağıq və ümid edirəm ki, istədiyimiz nəticəni qazanacağıq”.

O, məğlubiyyətin psixoloji təsirlərinin ola biləcəyini də qeyd edib:

“Belə təsirlər qaçılmazdır. Lakin peşəkar futbolçular bu cür vəziyyətlərdən çıxmağı bacarmalıdır”.

Məşqçi komandada intizamsızlıqla bağlı fikirləri də təkzib edib:
 

“Belə bir şey yoxdur. “Neftçi” böyük klubdur. Futbolçuların fərqli ambisiyaları ola bilər, amma hamı klubun hədəfləri üçün çalışmalıdır. Hər kəs anlamalıdır ki, “Neftçi”də oynamaq böyük üstünlükdür”.


Qeyd edək ki, xallarını 59-a çatdıran “Qarabağ” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Neftçi” isə 44 xalla beşincidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

İordaniya FIFA-nı şantajda ittiham etdi

İordaniya FIFA-nı şantajda ittiham etdi

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Türkiyədə tanınmış teleaparıcı HƏBS EDİLDİ

Türkiyədə tanınmış teleaparıcı HƏBS EDİLDİ

Canlı yayımda qadınları söyən "tiktoker" CƏRİMƏLƏNDİ

Canlı yayımda qadınları söyən "tiktoker" CƏRİMƏLƏNDİ

End of content

No more pages to load

RADİO