Şəkidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Təpəcənnət kəndi ərazisində qeydə alınıb.
Belə ki, Cəfərabad kənd sakini, 1986-cı il təvəllüdlü Bəxtiyar Makarovu elektrik cərəyanı vurub.
O, hadisə zamanı aldığı ağır elektroşok xəsarətlərindən elə hadisə yerindəcə həyatını itirib.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu