Mini-futbol üzrə Azərbaycan milli komandası bu gün Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında yarımfinal oyununa çıxacaq.
Bizim.Media-nın məlumatına görə, Elşad Quliyevin baş məşqçi olduğu komanda Qazaxıstan seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Cütün qalibi finalda Bolqarıstan - Rumıniya duelinin güclüsü ilə qarşılacaq.
Yarımfinalda uduzanlar isə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcəklər.
Qeyd edək ki, Azərbaycan millisi 1/4 finalda Slovakiyaya 1:0, Qazaxıstan isə əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşmış qarşılaşmada Macarıstanı penaltilərlə yenib - 4:3.
Bizim.Media