Rusiya bazarını tərk edən şirkətlərin buraxdığı hədiyyə kartlarının sahibləri istifadə olunmayan kartlarının pulunu qaytarmağa çalışırlar.
Bizim.Media xəbər verir ki, lakin yüzlərlə insan "Zara", "Levi's", "Massimo Dutti" və digər brendlərdən hədiyyə kartları üçün pulu geri ala bilmir.
Məlumata görə, Rusiyadakı hədiyyə kartlarında olan məbləğ on milyonlarla rublla qiymətləndirir.
Sözügedən şirkətlərdən bəziləri fors-major hallara istinad etmək hüququna malik olduqlarını açıqlayıblar.
Qeyd edək ki, bir müddət əvvəl “Zara” və Levi's dədaxil olmaqla, ölkədə fəaliyyətini dayandırmış bəzi brendlərin Rusiya mağazalarının satılacağı və ya yeni adlarla fəaliyyətini bərpa edəcəyi bildirib.
Rəşad Əliyev, Bizim.Media