ABŞ ordusu İranda infrastrukturu hədəf alacağı təqdirdə, İslam Respublikasının hərbçiləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bütün limanlarına zərbələr endirə bilər.
Bizim.Media xəbər verir ki, bunu İranın güc strukturlarındakı mənbə "Fars" agentliyinə açıqlayıb.
"ABŞ-nin İranın infrastrukturuna hücum edəcəyi təqdirdə, BƏƏ-nin hava və dəniz limanları dərhal təxliyə edilməlidir", - mənbə bildirib.
Xatırladaq ki, iyulun 18-də ABŞ İranın Buşehr və Hörmüzqan vilayətlərinə zərbələr endirib. İran isə buna cavab olaraq Küveytə hücum edib.
Bizim.Media