Nazir müavini BMT-də minaların törətdiyi fəsadlardan danışdı

BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunun nazirlər seqmentində Azərbaycanın enerji və bağlantılar sahələrində etibarlı tərəfdaş kimi rolundan bəhs olunub.

Bizim.Media xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu barədə 13-17 iyul tarixlərində seqmentdə iştirak məqsədilə Nyu-York şəhərində səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev danışıb.
 

Nazirlər seqmentində çıxışı zamanı F. Rzayev Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə sadiqliyini təsdiqləyərək Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində əldə olunmuş irəliləyişlərdən bəhs edib.


O, Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə "ağıllı" və yaşıl şəhər və kəndlərin qurulduğunu, keçmiş məcburi köçkünlərin mərhələli qayıdışının təmin edildiyini bildirərək humanitar minatəmizləmənin dayanıqlı inkişaf üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Nazir müavini həmçinin Azərbaycanın COP29-a, 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi, eləcə də humanitar yardım və texniki əməkdaşlıq vasitəsilə qlobal dayanıqlı inkişafa verdiyi töhfələri qeyd edib.
 

BMT Baş Assambleyasının "Gələcək üçün Pakt üzrə mövcud vəziyyətin qiymətləndirilməsi" mövzusunda keçirilmiş qeyri-rəsmi nazirlər iclasında çıxış edən F. Rzayev Gələcək üçün Paktın praktiki icraya, milli prioritetlərə və konkret nəticələrə yönəlməsinin vacibliyini vurğulayıb. İnkişaf etməkdə olan ölkələr üçün maliyyə, texnologiya transferi və bərabər tərəfdaşlığa əsaslanan çoxtərəfli əməkdaşlığın əhəmiyyəti qeyd olunub.


Forum zamanı BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) tərəfindən keçirilmiş tədbirdə çıxış edən F. Rzayev Komissiya və BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) regionda dayanıqlı inkişafın və iqtisadi əməkdaşlığın təşviqində mühüm rolunu vurğulayıb.

Nazir müavini ESCAP-ın 82-ci sessiyasının sədri qismində Azərbaycanın bu fəaliyyətə töhfə verməyə davam edəcəyini bildirərək SPECA-nın nəqliyyat, ticarət, rəqəmsallaşma, enerji və innovasiya sahələrində praktiki əməkdaşlığın inkişafına dəstək göstərə biləcəyini qeyd edib.
 

Daha sonra "Milli Dayanıqlı İnkişaf Məqsədləri: Partlamamış hərbi sursatlar/Mina fəaliyyəti və beynəlxalq hüquqi mexanizmlərdən istifadə edilməklə 2030 Gündəliyinin sürətləndirilməsi" adlı tədbirdə çıxış edən F. Rzayev humanitar minatəmizləmənin ölkəmizdə 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan edildiyini bildirib və münaqişədən sonra işğaldan azad edilmiş ərazilərdə minaların yaratdığı təhlükələrdən, onun bərpa-quruculuq işlərinə, məcburi köçkünlərin qayıdışına maneələrindən bəhs edib.


Nyu-York şəhərinə səfəri zamanı F. Rzayev həmçinin bir sıra ölkələrin xarici işlər nazirlərinin müavinləri və BMT yanında daimi nümayəndələri ilə işgüzar görüşlər keçirib, eləcə də elmi-tədqiqat mərkəzlərinin təmsilçiləri ilə dəyirmi masa müzakirələrində iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

40 yaşdan sonra bu sabundan istifadə edin

40 yaşdan sonra bu sabundan istifadə edin

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

End of content

No more pages to load

RADİO