“Real Madrid”in sabiq baş məşqçisi Zinəddin Zidan sentyabrın 1-dən etibarən Fransa yığmasının sükanı arxasına keçəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Fransanın nüfuzlu "L'Équipe" nəşri məlumat yayıb.
Zidanın Fransa millisinin baş məşqçisi postunda ilk sınaqları Millətlər Liqası çərçivəsində Türkiyə (25 sentyabr), Belçika (28 sentyabr) və İtaliya (2 oktyabr) yığmalarına qarşı keçiriləcək oyunlar olacaq.
Cari dünya çempionatında İngiltərə millisinə qarşı keçiriləcək üçüncülük matçı isə Didye Deşamın Fransa yığmasının baş məşqçisi qismində son oyunu olacaq.
Bizim.Media