Yay fasiləsinin hərəkətli komandalarından olan “Qarabağ” transfer çalışmalarını davam etdirir.
Bizim.Media xəbər verir ki, Ağdam klubu heyətini ulduz futbolçu ilə gücləndirə bilər.
Belə ki, Qvineya mətbuatının məlumatına görə, “Liverpul”un sabiq yarımmüdafiəçisi Nabi Keyta yenidən Azərbaycan klubunun gündəminə düşüb. Hətta Qvineya millisinin üzvü ilə danışıqlara başlanıldığı bildirilib.
“Qarabağ” rəhbərliyi 31 yaşlı orta sahə oyunçusu ilə yanaşı, klubu “Ferentsvaroş”la da danışıq aparır. İlin əvvəlindən Macarıstan klubunun formasını geyinən Keyta 19 oyunda iştirak edib.
Qeyd edək ki, Nabi Keyta 2018-2023-cü illərdə “Liverpul”un formasını geyinib. Futbolçunun transfer qiyməti 1,5 milyon avroya bərabər göstərilir.
Bizim.Media