Gəncədə 1 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə Birləşmiş Uşaq Xəstəxanasında ölüm faktı qeydə alınıb.
Körpə Tərtər rayonundan ağır vəziyyətdə Gəncəyə gətirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq bir yaşlı J. T.-nin həyatını xilas etmək mümkün olmayıb.
Azyaşlının ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu