Elxan Məmmədova FIFA-da vəzifə verildi

AFFA-nın sabiq baş katibi və hazırkı icraçı vitse-prezidenti mayın 1-dən yeni fəaliyyətə başlayacaq.

Bizim.Media xəbər verir ki, FIFA Elxan Məmmədovun Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyinatından məmnunluğunu ifadə edir.

E.Məmmədov 2022-ci il mayın 1-dən müxtəlif regionlar üzrə FIFA Forward layihəsinin icrası, FIFA-nın Avropadakı 55 üzv ölkəsində futbolun inkişafı üçün lazımi layihələri müəyyən etmək, onların müxtəlif spesifik tələblərinin təhlilini aparmaq və bu layihələrin FIFA-nın iş prinsipi çərçivəsinə uyğunluğunu təmin etmək fəaliyyətinə başayacaq.

Məmmədov AFFA-da 10 ildən çox öncə baş katib, daha sonra isə icraçı vitse-prezident vəzifələrində çalışıb.

Yeni vəzifəsində o FIFA-nın İdarəetmə və Strateji layihələr üzrə direktoru Nodar Axalkatsini əvəzləyəcək.

“Elxanın FIFA komandasına qoşulması bizim gücümüzə güc qatır. Onun futbolun dayaqlarını möhkəmləndirmək üçün götürdüyü öhdəliklər Azərbaycanda idman üçün faydalı olub. Məmmədovun öz təcrübəsini bütövlükdə Avropa futboluna da tətbiq edəcəyini düşünürəm və ona FIFA komandasına xoş gəlmisən deyirəm”, – FIFA prezidenti Canni İnfantino bildirib.

Elxan Məmmədov AFFA-da fəaliyyətə 2007-ci ildə başlayıb və o vaxtdan Azərbaycanda idmanın miqyasının genişlənməsində mühüm rol oynayıb.

O FIFA “Fair Play and Social Responsibility” komitəsinin üzvü olmaqla yanaşı 2012-ci ildə Bakıda keçirilən FIFA Qadınlarası U-17 Dünya çempionatının Yerli təşkilat komitəsinin sədri, 2015-ci ildə Bakıda keçirilən Avropa oyunları, 2019 UEFA Avropa Liqasının finalı və UEFA AVRO 2020-nin 3 qrup mərhələsi oyunu və 1/4 final məhərləsi qarşılaşması kimi tədbirlərin təşkilində rəhbər şəxslərdən biri olub.

FIFA-nın Paris ofisində fəaliyyət göstərəcək Elxan Məmmədov:

“FIFA-ya qoşulmaq çox xüsusi bir haldır. Bunu məsuliyyət və şərəflə qəbul edirəm. FIFA hazırda futbolu dünyanın hər nöqtəsində əhatə edən lokomotivdir. FIFA komandasıyla və üzvlərimizlə birlikdə əminəm ki, həm qadın, həm də kişi futbolunun inkişafı üçün yeni ideyaların həyata keçirilməsini davam etdirəcəyik”.

“Futbolun idarəedilməsi və davamlı inkişafı mənim üçün ən maraqlı sahələrdəndir və bu mövzuda FIFA və onun prezidenti cənab İnfantino ilə məqsədlərimiz ortaqdır. Son 15 ildə AFFA-da fəaliyyətim mənə idman sahəsində mühüm təcrübə qazandırıb.

AFFA prezidentinə və komandamıza uzun və xoş əməkdaşlığımıza, effektiv idarəetmə qurduğumuza, kütləvi futbolun inkişafına və möhtəşəm tədbirlərin təşkilinə görə təşəkkür edirəm. Bu təcrübəni yeni mövqeyimdə daha geniş miqyasda tətbiq etmək üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, Elxan Məmmədov AFFA-da fəaliyyətini İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident olaraq davam etdirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ ordusu İrana qarşı yeni hücum dalğasına BAŞLADI - VİDEO

ABŞ ordusu İrana qarşı yeni hücum dalğasına BAŞLADI - VİDEO

Şagirdlərin ev tapşırığını süni intellekt yoxlayacaq - YENİLİK

Şagirdlərin ev tapşırığını süni intellekt yoxlayacaq - YENİLİK

DİQQƏT! Bu marşrut avtobusunun hərəkət sxemi dəyişir

DİQQƏT! Bu marşrut avtobusunun hərəkət sxemi dəyişir

Tiranozavrın skeleti hərracda rekord qiymətə satıldı

Tiranozavrın skeleti hərracda rekord qiymətə satıldı

Baffet Qeytsin xeyriyyə fonduna 6 milyard dolları köçürməkdən imtina etdi

Baffet Qeytsin xeyriyyə fonduna 6 milyard dolları köçürməkdən imtina etdi

Dayılardan bacısı qızını sevən yeniyetməyə amansız davranış

Dayılardan bacısı qızını sevən yeniyetməyə amansız davranış

Apteklərdə diazolin TAPILMIR - Hər evə lazım olan dərman niyə yoxa çıxıb?

Apteklərdə diazolin TAPILMIR - Hər evə lazım olan dərman niyə yoxa çıxıb?

Daha bir serial eşqi gerçək oldu

Daha bir serial eşqi gerçək oldu

İrəvanın mərkəzində atışma – VİDEO

İrəvanın mərkəzində atışma – VİDEO

Bakıda 10 nəfərin ölümündə təqsirli bilinən şəxslərin cəzası azaldıldı

Bakıda 10 nəfərin ölümündə təqsirli bilinən şəxslərin cəzası azaldıldı

Ayı Xocalıda evin həyətinə girdi - Yeyib-içib geri qayıtdı – VİDEO

Ayı Xocalıda evin həyətinə girdi - Yeyib-içib geri qayıtdı – VİDEO

Tovuzda dərmandan zəhərlənən yeniyetmə dünyasını dəyişdi

Tovuzda dərmandan zəhərlənən yeniyetmə dünyasını dəyişdi

Əməkdar artistin evində yanğın – VİDEO

Əməkdar artistin evində yanğın – VİDEO

Bu gecə daha 20 Rusiya gəmisi MƏHV EDİLDİ – VİDEO

Bu gecə daha 20 Rusiya gəmisi MƏHV EDİLDİ – VİDEO

Sosial ödənişlərlə bağlı RƏSMİ MƏLUMAT

Sosial ödənişlərlə bağlı RƏSMİ MƏLUMAT

Bülənt Ersoy yeni imici və rəqsi ilə gündəm oldu - (Video)

Bülənt Ersoy yeni imici və rəqsi ilə gündəm oldu - (Video)

Dronla vurulan gəminin kapitanı həyatını itirdi – FOTO

Dronla vurulan gəminin kapitanı həyatını itirdi – FOTO

Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıya HÖKM OXUNDU

Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıya HÖKM OXUNDU

Sürücülərin NƏZƏRİNƏ! Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir – VİDEO

Sürücülərin NƏZƏRİNƏ! Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir – VİDEO

"Arzum"un adından dələduzluq - Foto

"Arzum"un adından dələduzluq - Foto

Bakıda nasaz avtobus qəza şəraiti yaratdı - Sürücü sərnişinləri təhqir etdi - VİDEO

Bakıda nasaz avtobus qəza şəraiti yaratdı - Sürücü sərnişinləri təhqir etdi - VİDEO

Fermerlərin DİQQƏTİNƏ– Heyvanların satışı ilə bağlı YENİLİK

Fermerlərin DİQQƏTİNƏ– Heyvanların satışı ilə bağlı YENİLİK

Ömər Xəyyamdan maraqlı tövsiyələr: Min ildir aktuallığını itirməyib...

Ömər Xəyyamdan maraqlı tövsiyələr: Min ildir aktuallığını itirməyib...

“Sonsuz üfüqlərə doğru”: AZAL brendinin yeni vizual manifestini təqdim etdi - VİDEO

“Sonsuz üfüqlərə doğru”: AZAL brendinin yeni vizual manifestini təqdim etdi - VİDEO

End of content

No more pages to load

RADİO