“Sonsuz üfüqlərə doğru”: AZAL brendinin yeni vizual manifestini təqdim etdi - VİDEO

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları şirkətin dəyərlərini, korporativ kimliyini və gələcəyə baxışını əks etdirən yeni imic çarxını ictimaiyyətə təqdim edib. Çarx milli aviadaşıyıcının prinsipləri və gələcəyə baxışını ifadə edən brend manifestidir.

Bizim.Media xəbər verir ki, son illər Azərbaycan Hava Yolları ardıcıl inkişaf mərhələsini yaşayır.
 

Donanmanın müasir hava gəmiləri ilə gücləndirilməsi, marşrut şəbəkəsinin genişləndirilməsi, rəqəmsal həllərin tətbiqi, xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsi və insan kapitalına yatırımlar şirkətin strateji inkişaf kursunun əsas istiqamətlərini təşkil edir.


Yeni imic videosu bütün bu dəyişikliklərin arxasında dayanan əsas ideyanı əks etdirir. O, milli aviaşirkətin kim olduğunu, nəyə inandığını və gələcəyə hansı dəyərlərlə irəlilədiyini vizual hekayədə təqdim edir.

Filmdə şirkətin fəaliyyətinin əsasını təşkil edən təhlükəsizlik, peşəkarlıq, məsuliyyət, komanda işi və davamlı inkişaf prinsipləri ön plana çıxarılır. Məhz bu dəyərlər hər gün minlərlə əməkdaşın əməyində, qəbul edilən qərarlarda və sərnişinlərə təqdim olunan xidmətlərdə öz əksini tapır.
 

Eyni zamanda, video Azərbaycan Hava Yollarının milli aviadaşıyıcı kimi missiyasına da toxunur. Şirkət Azərbaycanı dünya ilə birləşdirən hava körpüsü olmaqla yanaşı, ölkəmizin mədəniyyətini və qonaqpərvərliyini beynəlxalq auditoriyaya təqdim edən brend kimi çıxış edir.


Vizual hekayə aviaşirkət üçün uçuşun yalnız bir nəqliyyat xidməti olmadığını, etimad, məsuliyyət və yüksək xidmət mədəniyyəti üzərində qurulan bütöv bir təcrübə olduğunu vurğulayır. Bu yanaşma şirkətin gələcək inkişaf strategiyasının da ayrılmaz hissəsidir.

Videonu izləmək üçün keçidə daxil ola bilərsiniz:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

End of content

No more pages to load

RADİO