İyulun 12-də İrəvanın Vaqarşyan küçəsində baş vermiş dava, atışma və avtomobillə vurma hadisələrinin video görüntüləri sosial şəbəkələrdə yayımlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya ermənilərə məxsus Telegram kanallarında yer alıb.
Xatırladaq ki, İrəvanda Vaqarşyan küçəsindəki həyətlərdən birində atəş səsləri eşidilib, bununla paralel olaraq avtomobillərin toqquşması da qeydə alınıb. Kadrlarda həmçinin yerdə yatan bir kişinin ayaqla döyüldüyü görünür.
Bizim.Media