Tovuzda yeniyetmə dərmandan zəhərlənib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndində baş verib.
17 yaşlı kənd sakini Zöhrab Murğuzov dünən səhər saatlarında yaşadığı evdə dərmandan zəhərlənib. O, təcili olaraq xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu