Əməkdar artist Səlim Abbasovun başına iş gəlib.
Bizim.Media xəbər verir ki, gecə saatlarında sosial şəbəkə hesabında video paylaşan skripkaçı bildirirb ki, evində yanğın hadisəsi baş verib.
“Gecə vaxtı mətbəxə girdim, qısa qapanma oldu və yanğın başladı. Sağ olsunlar, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları vaxtında gəldilər, köməklik göstərdilər. Gecə vaxtı, saat 3-dür özlərini çatdırdılar. Yaxşı ki, yatmamışdım. Yatsaydım, ev alışıb yanacaqdı”, - deyə o qeyd edib.
Bizim.Media