Ukrayna yük maşınlarının cərimə olunması ilə bağlı DGK-dan AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Ukraynada daimi qeydiyyatda olan yük nəqliyyat vasitələrinin gömrük orqanları tərəfindən 800 ABŞ dolları məbləğində cərimə olunduğuna dair məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Bizim.Media-ya verilən xəbərə görə, həmin nəqliyyat vasitələrinin sürücüləri Ukrayna ərazisində davam edən hərbi əməliyyatlar səbəbilə Azərbaycanda müddətdən artıq qaldıqları üçün cərimə olunduqlarını iddia ediblər.

Dövlət Gömrük Komitəsi bildirir ki, həmin nəqliyyat vasitələrinə hər hansı cərimə tətbiq edilməyib. Ancaq mövcud qanunvericiliyə müvafiq olaraq yük nəqliyyat vasitələri yol vergilərinə cəlb olunub.

Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.

Bu məcəlləyə əsasən yük avtomobilləri, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən, oxların sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi cəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq yol vergisinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.

Bununla yanaşı beynəlxalq avtomobil əlaqələri haqqında ikitərəfli Sazişlərə əsasən xarici dövlətlərə məxsus yük nəqliyyat vasitələri müvafiq kvota çərçivəsində mübadilə edilmiş “İcazə” blankları ilə ölkə ərazisinə daxil olduqda və ya tərk etdikdə həmin sazişdə yol vergisindən azadolma nəzərdə tutulduğu halda yol vergisindən, tutulmadığı halda yalnız dövlət rüsumundan azad olunurlar.

1 iyul 1999-cu il tarixli “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bağlanmış Beynəlxalq Avtomobil Nəqliyyatı haqqında Sazişə” əsasən yük nəqliyyat vasitələri qarşılıqlı əsasda kvota çərçivəsində mübadilə edilmiş “İcazə” blankları ilə yol vergisindən azad olunurlar.

Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 211.1.1.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən kvotalar çərçivəsində mübadilə edilmiş "İcazə" blankları ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq, bu Məcəllənin 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq yol vergisinə cəlb edilirlər.

Həmin yük nəqliyyat vasitələri qanunvericilikdə nəzərdə tutulan müddətdə ölkə ərazisini tərk etmədikləri üçün yol vergilərinə cəlb olunublar.
Onu da qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi öz fəaliyyətini qüvvədə olan qanunvericiliyə və Beynəlxalq Sazişlərə uyğun olaraq həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarabağda final, Türkiyə və Gürcüstana səfər - Məktəblilər üçün unikal layihə: Hər kəs iştirak edə bilər - FOTO

Qarabağda final, Türkiyə və Gürcüstana səfər - Məktəblilər üçün unikal layihə: Hər kəs iştirak edə bilər - FOTO

Küləkli havada çimərliklərə gedənlərə ÇAĞIRIŞ

Küləkli havada çimərliklərə gedənlərə ÇAĞIRIŞ

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi

Üç uşaq bağçası BŞTİ-nin tabeliyinə verildi

Üç uşaq bağçası BŞTİ-nin tabeliyinə verildi

Tərtərdə faciə - Ər-arvad yanaraq həlak oldu

Tərtərdə faciə - Ər-arvad yanaraq həlak oldu

Murad Həsənliyə yüksək vəzifə verildi - FOTO

Murad Həsənliyə yüksək vəzifə verildi - FOTO

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddəti 44 gün oldu

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddəti 44 gün oldu

Şamaxıda avtomobil hasara çırpıldı: Xəsarət alanlar var

Şamaxıda avtomobil hasara çırpıldı: Xəsarət alanlar var

Quba-Bakı yolunda zəncirvari qəza – FOTO

Quba-Bakı yolunda zəncirvari qəza – FOTO

Vaşinqton, Brüssel və Pekin niyə Bakıya üz tutur? - TƏHLİL

Vaşinqton, Brüssel və Pekin niyə Bakıya üz tutur? - TƏHLİL

Tramp: “Venesuela nefti ABŞ-ın qənimətidir”

Tramp: “Venesuela nefti ABŞ-ın qənimətidir”

Onu görmək üçün avtomobilin qarşısını kəsdilər – VİDEO

Onu görmək üçün avtomobilin qarşısını kəsdilər – VİDEO

İncəsənət məktəblərinə işə qəbulla bağlı 1350 namizəd qeydiyyatdan keçib

İncəsənət məktəblərinə işə qəbulla bağlı 1350 namizəd qeydiyyatdan keçib

Nərimanovda beşmərtəbəli binada yanğın oldu

Nərimanovda beşmərtəbəli binada yanğın oldu

Kolleclərə qəbulla bağlı YENİ XƏBƏR

Kolleclərə qəbulla bağlı YENİ XƏBƏR

Gəncədə bıçaqlanan şəxslərin SON DURUMU

Gəncədə bıçaqlanan şəxslərin SON DURUMU

Bu yaşayış binasında liftlərin istismarı dayandırıldı – VİDEO

Bu yaşayış binasında liftlərin istismarı dayandırıldı – VİDEO

Azərbaycanlılar niyə banka pul qoymur?

Azərbaycanlılar niyə banka pul qoymur?

Azərbaycan neftinin SON qiyməti

Azərbaycan neftinin SON qiyməti

Tramp ABŞ-da raket çatışmazlığı barədə məlumat yayanları həbslə hədələdi - FOTO

Tramp ABŞ-da raket çatışmazlığı barədə məlumat yayanları həbslə hədələdi - FOTO

Rusiyanın iri neft emalı zavodu dron hücumundan sonra alova büründü - VİDEO

Rusiyanın iri neft emalı zavodu dron hücumundan sonra alova büründü - VİDEO

Atasını boğaraq öldürən oğuldan YENİ XƏBƏR VAR

Atasını boğaraq öldürən oğuldan YENİ XƏBƏR VAR

Bəzi rayonlarda yağış yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda yağış yağıb - FAKTİKİ HAVA

Rusiya Sumını 8 dəqiqəyə 8 bomba ilə vurdu – Yaralılar var – FOTO-VİDEO

Rusiya Sumını 8 dəqiqəyə 8 bomba ilə vurdu – Yaralılar var – FOTO-VİDEO

End of content

No more pages to load

RADİO