Zelenskinin həyat yoldaşı ilə uşaqları hardadır? – Yelenadan AÇIQLAMA

Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı və uşaqlarının (Aleksandra və Kiril adlı iki övladı var) Prezident Aparatının binasında onunla birlikdə qalması qadağan edilib. Müharibə başlayandan prezident ailəsi ilə ancaq telefonla əlaqə saxlayıb.

Bizim.Media “strana.today” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya “Vogue” nəşrinə müsahibəsində bildirib.

"İlk günlərdə ümid edirdim ki, biz onunla qala bilərik. Amma prezident aparatı hərbi obyektə çevrildi və bizə orada uşaqlarla qalmağı qadağan etdilər. Təhlükəsiz yerə köçmək əmri verildi. Onsuz da indi Ukraynanın harasında təhlükəsiz yer tapılar? O vaxtdan biz Volodimirlə ancaq telefonla əlaqə saxlayırıq”.

MÖVZU İLƏ BAĞLI:

Zelenskinin həyat yoldaşı: "Bu ölümlərdən tək Rusiya günahkardır?"


O, həmçinin son dəqiqəyədək rus ordusunun hücum edəcəyinə inanmadığını bildirib. 

Onun sözlərinə görə, işğaldan bir gün əvvəl ailə adi işlərlə məşğul olub:

“Lakin gərgin idik, çünki hər yerdə işğal haqqında çox danışılırdı”.

“Səhər saat 4-5 arasında qapının döyülməsindən oyandım. Partlayış olduğunu dərhal anlamadım. Ərim yataqda deyildi. Amma ayağa qalxanda dərhal onun kostyum geyindiyini gördüm. "Başladı". Onun dediyi tək söz bu oldu”, - deyə o xatırlayıb.
“Həmin vaxt uşaqlara görə narahat oldum. Ərim əlavə təlimatları gözləməyi xahiş etdi, zəruri əşyaları və sənədləri toplamağı tövsiyə etdi və evdən çıxdı" deyə Zelenskaya bildirib.

Xatırladaq ki, Ukraynada müharibə 47-ci gündür ki, davam edir. Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviçin sözlərinə görə, Rusiya ordusunun hücumunun ikinci mərhələsi artıq başlayıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə aprelin 11-də səhər saatlarında Rusiyanın şərqdəki hücumunun yaxın günlərdə başlayacağını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarabağda final, Türkiyə və Gürcüstana səfər - Məktəblilər üçün unikal layihə: Hər kəs iştirak edə bilər - FOTO

Qarabağda final, Türkiyə və Gürcüstana səfər - Məktəblilər üçün unikal layihə: Hər kəs iştirak edə bilər - FOTO

Küləkli havada çimərliklərə gedənlərə ÇAĞIRIŞ

Küləkli havada çimərliklərə gedənlərə ÇAĞIRIŞ

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi

Üç uşaq bağçası BŞTİ-nin tabeliyinə verildi

Üç uşaq bağçası BŞTİ-nin tabeliyinə verildi

Tərtərdə faciə - Ər-arvad yanaraq həlak oldu

Tərtərdə faciə - Ər-arvad yanaraq həlak oldu

Murad Həsənliyə yüksək vəzifə verildi - FOTO

Murad Həsənliyə yüksək vəzifə verildi - FOTO

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddəti 44 gün oldu

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddəti 44 gün oldu

Şamaxıda avtomobil hasara çırpıldı: Xəsarət alanlar var

Şamaxıda avtomobil hasara çırpıldı: Xəsarət alanlar var

Quba-Bakı yolunda zəncirvari qəza – FOTO

Quba-Bakı yolunda zəncirvari qəza – FOTO

Vaşinqton, Brüssel və Pekin niyə Bakıya üz tutur? - TƏHLİL

Vaşinqton, Brüssel və Pekin niyə Bakıya üz tutur? - TƏHLİL

Tramp: “Venesuela nefti ABŞ-ın qənimətidir”

Tramp: “Venesuela nefti ABŞ-ın qənimətidir”

Onu görmək üçün avtomobilin qarşısını kəsdilər – VİDEO

Onu görmək üçün avtomobilin qarşısını kəsdilər – VİDEO

İncəsənət məktəblərinə işə qəbulla bağlı 1350 namizəd qeydiyyatdan keçib

İncəsənət məktəblərinə işə qəbulla bağlı 1350 namizəd qeydiyyatdan keçib

Nərimanovda beşmərtəbəli binada yanğın oldu

Nərimanovda beşmərtəbəli binada yanğın oldu

Kolleclərə qəbulla bağlı YENİ XƏBƏR

Kolleclərə qəbulla bağlı YENİ XƏBƏR

Gəncədə bıçaqlanan şəxslərin SON DURUMU

Gəncədə bıçaqlanan şəxslərin SON DURUMU

Bu yaşayış binasında liftlərin istismarı dayandırıldı – VİDEO

Bu yaşayış binasında liftlərin istismarı dayandırıldı – VİDEO

Azərbaycanlılar niyə banka pul qoymur?

Azərbaycanlılar niyə banka pul qoymur?

Azərbaycan neftinin SON qiyməti

Azərbaycan neftinin SON qiyməti

Tramp ABŞ-da raket çatışmazlığı barədə məlumat yayanları həbslə hədələdi - FOTO

Tramp ABŞ-da raket çatışmazlığı barədə məlumat yayanları həbslə hədələdi - FOTO

Rusiyanın iri neft emalı zavodu dron hücumundan sonra alova büründü - VİDEO

Rusiyanın iri neft emalı zavodu dron hücumundan sonra alova büründü - VİDEO

Atasını boğaraq öldürən oğuldan YENİ XƏBƏR VAR

Atasını boğaraq öldürən oğuldan YENİ XƏBƏR VAR

Bəzi rayonlarda yağış yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda yağış yağıb - FAKTİKİ HAVA

Rusiya Sumını 8 dəqiqəyə 8 bomba ilə vurdu – Yaralılar var – FOTO-VİDEO

Rusiya Sumını 8 dəqiqəyə 8 bomba ilə vurdu – Yaralılar var – FOTO-VİDEO

End of content

No more pages to load

RADİO