UNESCO-nun sessiyasında Azərbaycanın BƏYANATI: “Ermənilər Şuşadan 160 qiymətli xalça çıxarıb”

UNESCO İcraiyyə Şurasının 214-cü sessiyası öz işini davam etdirir.

Bizim.Media xəbər verir ki, sessiya çərçivəsində ölkəmizin bu qurumdakı daimi nümayəndəsi Elman Abdullayev üzv dövlətlərin geniş dəstəyi ilə UNESCO-nun bu mühüm orqanına - İcraiyyə Şurasına seçilən Azərbaycan Respublikasının milli bəyanatını təqdim edib.

E.Abdullayev bildirib ki, İcraiyyə Şurasının bu iclası Ukraynada və onun ətrafında vəziyyətin ciddi şəkildə pisləşməsi fonunda beynəlxalq ictimaiyyət üçün təlatümlü vaxtlarda keçirilir. Azərbaycan sülh yolu ilə həll istiqamətində səylərin hələ də mübarizəni dayandıracaq nəticə vermədiyinə görə dərin təəssüf hissini bildirir. Mülki itkilərin sayının artması xüsusilə narahatedicidir. Biz bir daha mülki şəxslərin və mülki infrastrukturun, o cümlədən mədəni irsin və təhsil müəssisələrinin müdafiəsi üçün beynəlxalq humanitar hüquqa ciddi riayət edilməsinin zəruriliyini vurğulayırıq.

 


 

“Azərbaycan 30 ilə yaxın Ermənistanın silahlı təcavüzünə məruz qaldı. Bu illər ərzində ağır hərbi, eləcə də insanlığa qarşı cinayətlər törədildi, silahlı münaqişə zamanı mədəni irsin qorunmasına dair beynəlxalq hüquq açıq-aşkar kobud şəkildə pozuldu. Bir vaxtlar zəngin mədəni və təbii irsə malik Azərbaycanın kifayət qədər çiçəklənən əraziləri yerlə-yeksan edilib. Bütün bu illər ərzində Ermənistan hökuməti həm 30 il işğal altında saxladığı ərazilərdə, həm də Ermənistanın özündə Azərbaycanın mədəni irsinin məhv edilməsi, talan edilməsi və mənimsənilməsi istiqamətində sistemli siyasət həyata keçirib. Ermənistan silahlı qüvvələrinin geri çəkilməsi zamanı XIII əsrə aid Xudavəng monastırının zəngləri, xaçları, məşhur freskaları və qədim əlyazmaları, eləcə də Azıx mağaralarından və Şahbulaq qalasında olan qiymətli artefaktlar qanunsuz olaraq Ermənistana aparılıb”, - deyə E.Abdullayev əlavə edib.

Diqqətə çatdırılıb ki, Şuşa Xalça Muzeyindən qanunsuz olaraq 160 qiymətli xalça çıxarılıb və onlardan 71-i Ermənistanın paytaxtı Yerevandakı muzeydə nümayiş etdirilib. Sadalanan bütün bu faktların hamısı İkinci Protokol Komitəsinə ölkəmizin təqdim etdiyi milli və könüllü hesabatlarda öz əksini tapır. Ermənistan tərəfindən işğaldan azad edilmiş Azərbaycan ərazilərində kütləvi şəkildə basdırılmış mina və digər partlayıcı maddələr həmin ərazilərdəki mədəni irs üçün ciddi təhlükə yaradır, bərpa işlərinə mane olur, mülki əhalinin geri qayıtmasını ləngidir. Mina partlayışları nəticəsində çox sayda mülki şəxs, eləcə də jurnalistlər həlak olub və yaralanıb.

Daimi nümayəndə Baş Direktora azərbaycanlı jurnalistlərin ölümünü pisləyən bəyanatına görə təşəkkürü edərək, 2021-ci il iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimov mina partlaması nəticəsində həlak olduqlarını bir daha xatırladıb.

Qeyd edib ki, silahlı münaqişə başa çatdıqdan sonra Azərbaycan münaqişədən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiya mərhələsinə qədəm qoyub. Ölkəmiz işğaldan azad edilmiş ərazilərdə mənşəyindən asılı olmayaraq bütün mədəniyyət və dini abidələrin lazımi qaydada qoruyub saxlamaq, restavrasiya etmək və istifadəyə vermək əzmindədir. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə davam edən genişmiqyaslı reabilitasiya və yenidənqurma səyləri ilə bağlı beynəlxalq ictimaiyyət, o cümlədən BMT-nin müvafiq ixtisaslaşmış qurumları və təsisatları ilə əməkdaşlığı davam etdirir. Bu istiqamətdə UNESCO-nun töhfəsini də səbirsizliklə gözləyir və təşkilatın BMT-nin digər aidiyyəti qurumları və təsisatlarından nümunə götürəcəyinə inanırıq.

“Azərbaycan hökuməti ölkədəki mədəni sərvətlərin vəziyyətini qiymətləndirmək üçün UNESCO tərəfindən müstəqil və qərəzsiz texniki missiyaya ev sahibliyi etməkdə maraqlıdır. Ölkəmiz heç bir gecikmə olmadan bu istiqamətdə işi davam etməyə hazırdır və ümid edir ki, hər hansı əlavə şərtlərə görə bundan sonra heç bir maneə olmayacaq. Bu kontekstdə Azərbaycanın yeddi ay əvvəl – 2021-ci il avqustun 19-da təqdim etdiyi təkliflərə təşkilatın reaksiyasını sürətləndirməsi zəruridir”, - deyə daimi nümayəndə bildirib.

Vurğulayıb ki, UNESCO-nun belə bir missiyası ona ev sahibliyi edən üzv dövlət kimi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə tam uyğun olaraq həyata keçirilməlidir. UNESCO-nun missiyasını Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə göndərməklə yanaşı, təşkilatın Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi ilə məşğul olması da təcili zərurətdir. Vətəndaş cəmiyyəti, QHT nümayəndələri və müxtəlif təşkilatlar bu geniş miqyaslı dağıntının sənədləşdirilməsi üçün UNESCO-dan Ermənistana missiya göndərməyi xahiş ediblər.

Qeyd edib ki, Qoşulmama Hərəkatının beynəlxalq məsələlərdə artan əhəmiyyətini nəzərə alaraq, Azərbaycan UNESCO-nun İcraiyyə Şurasına üzv olduğu müddətdə Qoşulmama Hərəkatının üzv dövlətlərinin bu Şura çərçivəsində mövcud koordinasiya mexanizmini gücləndirməyə çalışacaq. Bu ilin iyununda Azərbaycanın UNESCO-ya üzv olmasının 30 illiyini qeyd edəcəyik. Bu qısa müddət ərzində Azərbaycan ikinci dəfə UNESCO-nun İcraiyyə Şurasının üzvü olmaqdan şərəf duyur. UNESCO-nun məsul üzvü kimi Azərbaycan dünyanın müxtəlif yerlərində təşkilatın nəcib missiyasını dəstəkləməyə sadiqdir, dəyərlərimizin və prinsiplərimizin təbliğində onun güclü tərəfdaşı olmağa davam edəcəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Alyona Əliyeva əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsini ziyarət edib - FOTO

Alyona Əliyeva əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsini ziyarət edib - FOTO

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

İraqda millət vəkilinin evindən qızıl alt paltarı tapıldı – Foto

İraqda millət vəkilinin evindən qızıl alt paltarı tapıldı – Foto

Türk dövlətlərinin dini qurumlarının rəhbərləri ilk dəfə Şuşada GÖRÜŞDÜLƏR – FOTO

Türk dövlətlərinin dini qurumlarının rəhbərləri ilk dəfə Şuşada GÖRÜŞDÜLƏR – FOTO

Almaniyalı bloger geyiminə görə "Lufthansa" təyyarəsinə buraxılmadı – FOTO

Almaniyalı bloger geyiminə görə "Lufthansa" təyyarəsinə buraxılmadı – FOTO

Əmlak üzərinə həbs qoyulması ilə bağlı YENİ QAYDA

Əmlak üzərinə həbs qoyulması ilə bağlı YENİ QAYDA

Media və Yayım Şurasının yaradılması ilə bağlı layihə II oxunuşda QƏBUL EDİLDİ

Media və Yayım Şurasının yaradılması ilə bağlı layihə II oxunuşda QƏBUL EDİLDİ

Qəzənfər Əhmədov: “Kütləvi məzarlıqların axtarışı ilə bağlı yeni texnologiyalardan istifadə ediləcək”

Qəzənfər Əhmədov: “Kütləvi məzarlıqların axtarışı ilə bağlı yeni texnologiyalardan istifadə ediləcək”

Safurənin yeni görünüşü – FOTO

Safurənin yeni görünüşü – FOTO

Yayda SAĞLAM qalmağın 8 qızıl QAYDASI – Mütəxəssislər nə tövsiyə edir?

Yayda SAĞLAM qalmağın 8 qızıl QAYDASI – Mütəxəssislər nə tövsiyə edir?

Bakıda üç piyada qəzadan son anda xilas oldu – ANBAAN VİDEO

Bakıda üç piyada qəzadan son anda xilas oldu – ANBAAN VİDEO

Göyçayda qəzaya uğrayan avtomobil kanala düşdü

Göyçayda qəzaya uğrayan avtomobil kanala düşdü

Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın

Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın

Azyaşlıların sosial şəbəkələrdə qeydiyyatı belə TƏNZİMLƏNƏCƏK

Azyaşlıların sosial şəbəkələrdə qeydiyyatı belə TƏNZİMLƏNƏCƏK

Sosial şəbəkələrə dair YENİ TƏLƏBLƏR– 300 min manatlıq CƏRİMƏLƏR GƏLİR

Sosial şəbəkələrə dair YENİ TƏLƏBLƏR– 300 min manatlıq CƏRİMƏLƏR GƏLİR

Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ

Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ

Milli Məclis məcburi köçkünlərlə bağlı qanunu qəbul etdi

Milli Məclis məcburi köçkünlərlə bağlı qanunu qəbul etdi

Nazir: “Repetitorluğa deyil, müəllimlərin məktəbdə bazar formalaşdırmasına qarşıyıq”

Nazir: “Repetitorluğa deyil, müəllimlərin məktəbdə bazar formalaşdırmasına qarşıyıq”

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır - FOTO

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır - FOTO

Sabah daha 6 itkin-şəhidin qalıqları ailələrinə TƏHVİL VERİLƏCƏK

Sabah daha 6 itkin-şəhidin qalıqları ailələrinə TƏHVİL VERİLƏCƏK

Məğlubiyyətdən sonra etdiyi bu hərəkətlə gündəm oldu - Video

Məğlubiyyətdən sonra etdiyi bu hərəkətlə gündəm oldu - Video

MEK-in 100 illik fəaliyyətinə həsr olunmuş yeni monoqrafiya nəşr edilib

MEK-in 100 illik fəaliyyətinə həsr olunmuş yeni monoqrafiya nəşr edilib

Aliment verməyən kişi arvadının telefonunu oğurlayıb satdı

Aliment verməyən kişi arvadının telefonunu oğurlayıb satdı

Azərbaycan Ukrayna ilə memorandum imzalayacaq

Azərbaycan Ukrayna ilə memorandum imzalayacaq

End of content

No more pages to load

RADİO