Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır - FOTO

İyulun 29-da Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır.

Bizim.Media xəbər verir ki, avqustun 3-dək davam edəcək festivalda beynəlxalq miqyasda tanınmış ifaçılar, musiqi kollektivləri Qəbələdə bir araya gələcək.

Azərbaycanla yanaşı musiqi bayramında Avstriya, Qazaxıstan, Moldova, Özbəkistan və Vyetnamdan olan musiqiçilər və rəqqaslar iştirak edəcək.

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı iyulun 29-da Azərbaycanın Xalq artisti Ramiz-Məlik Aslanovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Tələbə Simfonik Orkestrinin konserti ilə baş tutacaq. Musiqi gecəsində Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.
 

Festivalın növbəti günü tamaşaçılar Vyetnamdan gələn “Bronze drum” Ansamblının, Özbəkistandan “Bek” Doyraçılar Ansamblının ifalarını dinləyəcək, Özbəkistanın “Daşkənd Zeboları” Xalq Rəqs Ansamblının solistlərinin çıxışlarını izləyəcəklər.


İyulun 31-də Əməkdar artist Emil Əfrasiyabın bədii rəhbərliyi və Mustafa Mehmandarovun dirijorluğu ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Kamera Orkestrinin konserti olacaq.

Elə həmin gün festivalda sevilən muğam ifaçıları, həmçinin muğam müsabiqəsinin laureatlarının iştirakı ilə muğam axşamı təşkil ediləcək.

Festivalın 4-cü günü – avqustun 1-də avstriyalı pianoçu Aleksandr Maria Vaqner “Kamera musiqi axşamı”nda çıxış edəcək. Həmin gecənin daha bir özəlliyi – “Dünya kinofilmlərindən sevilən musiqi parçaları” adlı konsert proqramıdır. Mustafa Mehmandarovun bədii rəhbərliyi və dirijorluğu ilə “Scorrendo” Orkestri Azərbaycan və xarici filmlər – “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Xaç atası”, “Matrisa”, “Görüş”, “Cangüdən“, “Şindlerin siyahısı”, “Ceyms Bond” və digərlərindən dillər əzbəri olan musiqiləri ifa edəcək.
 

Avqustun 2-də isə səhnə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin ixtiyarına veriləcək. Gənc musiqiçilərin təqdim edəcəyi konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.


Həmin gün tamaşaçılar qarşısında Moldovanın “Fluieraș” Xalq Mahnı və Rəqs Ansamblı və “Millenium” etno-estrada qrupu da çıxış edəcək.

Daha sonra Qazaxıstandan olan sənətkarların təqdimatında Luvr kolleksiyasına daxil olan qədim Şirvan xalçasından ilhamlanaraq ərsəyə gələn “İki xalça” baleti nümayiş etdiriləcək. Layihənin ideya müəllifi, libretto müəllifi Valeri Kopeykindir.

Beynəlxalq Musiqi Festivalı avqustun 3-də Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti ilə yekunlaşacaq.

Gecəni Xalq artistləri Azər Zeynalov (tenor), Dinarə Əliyeva (soprano), Elçin Əzizov (bariton), Samir Cəfərov (tenor), Əməkdar artistlər Elnarə Məmmədova (lirik-koloratur soprano), Sahib Paşazadə (tar) və beynəlxalq müsabiqələr laureatlarının ifaları bəzəyəcək.

2009-cu ildən keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı illərdir dünya musiqisinin müxtəlif simalarını bir məkanda toplayaraq beynəlxalq mədəni dialoqun önəmli ünvanına çevrilib. Bu musiqi platforması təkcə klassik əsərlərin təntənəsi deyil, eyni zamanda xalqları birləşdirən, sərhədləri aşan, musiqi ilə dolu unudulmaz anlarla yadda qalan mədəniyyətlərarası körpüdür.

Ənənəyə uyğun olaraq yay fəslində təşkil edilən bu beynəlxalq mədəniyyət tədbiri bu il də parlaq ifalar vəd edir.

Festival günlərindəki konsert proqramlarına giriş sərbəstdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

Payız axşamlarında izlənməli 5 film

Payız axşamlarında izlənməli 5 film

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

Bahalı saatı gündəm oldu - Foto

Bahalı saatı gündəm oldu - Foto

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

Dırnaqlarınızı bu rənglərə boyayın – Pul gətirəcək – FOTO

Dırnaqlarınızı bu rənglərə boyayın – Pul gətirəcək – FOTO

Bakıda bir neçə yolda sürət həddi ENDİRİLDİ

Bakıda bir neçə yolda sürət həddi ENDİRİLDİ

Azərbaycanın taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Azərbaycanın taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Kaşpirovski vəfat etdi

Kaşpirovski vəfat etdi

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO