Almaniyalı bloger geyiminə görə "Lufthansa" təyyarəsinə buraxılmadı – FOTO

Almaniyalı məşhur fitnes bloger "Lufthansa" aviaşirkətini sosial şəbəkələrdə kəskin tənqid atəşinə tutub. Aviaşirkətin əməkdaşları onun geyimini həddindən artıq açıq-saçıq hesab edərək təyyarəyə buraxmayıblar.

Bizim.Media xəbər verir ki, 25 yaşlı Edda Eliza Pilts (Edda Elisa Pilz) "TikTok" hesabında emosional video paylaşaraq bildirib ki, reysə minik zamanı qapıda saxlanılıb və ona "lüt kimi görünürsən” deyilib.

Gənc qızın iddiasına görə, "Lufthansa" əməkdaşı onun təyyarəyə keçməsinə mane olub.

O, bunun səbəbini soruşduqda isə aviaşirkət nümayəndəsi:

"Əyninizdə heç nə yoxdur. Siz lütsünüz!" — deyə cavab verib.

Aeroport terminalında çəkilən videoda sarışın blogerin bədənə yapışan qara şort və dərin dekolteli ağ idman topu geyindiyi, çiyinlərinə isə qısa boz kofta atdığı görünür. Edda bu geyimin tamamilə normal və adi bir idman üslubu olduğunu desə də, hava limanının əməkdaşları onu gödəkçə geyinməyə məcbur ediblər.

Hadisə Avropada termometrlərin rekord göstəriciləri qeydə aldığı anomal isti hava şəraiti fonunda baş verib. Edda qeyd edib ki, onun uçuş etdiyi şəhərdə havanın temperaturu təxminən 30 dərəcə Selsi olub.

Bununla belə, bloger onu geyim qaydasının (dress-kod) mövcudluğu deyil, məhz aviaşirkət əməkdaşının onunla danışıq forması və bu qaydanı kobud şəkildə ifadə etməsi qəzəbləndirib:

"Əgər müəyyən qaydalar varsa, mən onlara tabe oluram. Amma o zaman mənə həmin rəsmi qaydaları göstərin", — deyə o etiraz edib.

"The Mirror" nəşrinin yaydığı məlumata görə, "Lufthansa" rəsmiləri artıq məsələyə münasibət bildiriblər. Aviaşirkətdən verilən açıqlamada əməkdaşın işlətdiyi iddia olunan ifadələrin "korporativ standartlara uyğun gəlmədiyi" və "heyət tərəfindən bu cür sözlərin deyilə bilməyəcəyi" qeyd olunub.

Şirkət rəsmiləri həmçinin əlavə ediblər ki, təyyarə heyəti və yerüstü personal daxili qaydalara əməl olunması zamanı öz səlahiyyətləri çərçivəsində sərbəst qərar vermək hüququna malikdirlər.

Bununla yanaşı, aviaşirkət sərnişinlərin "ictimai səfərin xarakterinə uyğun" geyimlərdə səyahət etməli olduqlarını xatırladıb.

Nəticədə, "TikTok"da 639 000, "Instagram"da isə 555 000 izləyicisi olan Edda Pilts gödəkçəsini geyindikdən sonra təyyarəyə buraxılıb. O, sosial şəbəkələrdə ona böyük dəstək nümayiş etdirən pərəstişkarlarına təşəkkürünü bildirib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dostlardan biri həbsdədir, digəri isə artıq həyatda yoxdur...- Video

Dostlardan biri həbsdədir, digəri isə artıq həyatda yoxdur...- Video

Conni Depp yenidən "Cek Sərçə" rolunu oynaya bilər

Conni Depp yenidən "Cek Sərçə" rolunu oynaya bilər

Azərbaycana daimi yaşamaq üçün gələnlərin SAYI

Azərbaycana daimi yaşamaq üçün gələnlərin SAYI

AB ölkələri Rusiyanın bu pasportlarını tanımayacaq

AB ölkələri Rusiyanın bu pasportlarını tanımayacaq

Bu qaydanı pozanlar 2000 manat ödəməli olacaq

Bu qaydanı pozanlar 2000 manat ödəməli olacaq

Onların arxiv fotosunu paylaşdı

Onların arxiv fotosunu paylaşdı

Fariz Əzizov yüksək vəzifəyə TƏYİN OLUNDU

Fariz Əzizov yüksək vəzifəyə TƏYİN OLUNDU

Tovuzda 26 yaşlı qadın itkin düşdü - FOTO

Tovuzda 26 yaşlı qadın itkin düşdü - FOTO

Avqustun ikinci yarısı bu bürclərin şansı gətirəcək - QOROSKOP

Avqustun ikinci yarısı bu bürclərin şansı gətirəcək - QOROSKOP

Oğlanlar yenə qızları ÜSTƏLƏDİ

Oğlanlar yenə qızları ÜSTƏLƏDİ

Soyuducunuzda varsa, ölüm saçır

Soyuducunuzda varsa, ölüm saçır

Ölkəmiz daha bir mötəbər yarışa ev sahibliyi edəcək

Ölkəmiz daha bir mötəbər yarışa ev sahibliyi edəcək

Hirslənəndə gözünə heç nə görünməyən 5 bürc

Hirslənəndə gözünə heç nə görünməyən 5 bürc

Bakı-Quba yolunda AĞIR QƏZA – Yaralılar var - ÖZƏL

Bakı-Quba yolunda AĞIR QƏZA – Yaralılar var - ÖZƏL

Şəhid anası illər sonra oğlunun arzusunu belə gerçəkləşdirdi – “Özümə söz verdim” – FOTO

Şəhid anası illər sonra oğlunun arzusunu belə gerçəkləşdirdi – “Özümə söz verdim” – FOTO

Trampdan daha bir ölkəyə HÜCUM TƏHDİDİ – “Bombalamağa hazırıq” – VİDEO

Trampdan daha bir ölkəyə HÜCUM TƏHDİDİ – “Bombalamağa hazırıq” – VİDEO

Vüsal Nəsirli müğənninin qardaşına yüksək vəzifə verdi - Foto

Vüsal Nəsirli müğənninin qardaşına yüksək vəzifə verdi - Foto

Nikahların sayı KƏSKİN AZALIB: Boşanmalar isə...

Nikahların sayı KƏSKİN AZALIB: Boşanmalar isə...

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bakıda vəzifəli şəxs həbs edildi

Bakıda vəzifəli şəxs həbs edildi

Qatıq mayalanmasında noxud hiyləsi— Uzun müddət turşumur

Qatıq mayalanmasında noxud hiyləsi— Uzun müddət turşumur

Ceki Çanın rol aldığı filmin Azərbaycandakı çəkilişləri başa çatdı – FOTO

Ceki Çanın rol aldığı filmin Azərbaycandakı çəkilişləri başa çatdı – FOTO

Böyükşor yaşıla, Urmiya qırmızıya boyandı – Müharibə, yoxsa təbiətin xəbərdarlığı?

Böyükşor yaşıla, Urmiya qırmızıya boyandı – Müharibə, yoxsa təbiətin xəbərdarlığı?

Böyük sərvət yaratmaq üçün təyin olunmuş doğum tarixləri

Böyük sərvət yaratmaq üçün təyin olunmuş doğum tarixləri

End of content

No more pages to load

RADİO