MEK-in 100 illik fəaliyyətinə həsr olunmuş yeni monoqrafiya nəşr edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) 100 illik yubileyinə həsr olunmuş “Mərkəzi Elmi Kitabxana 100 il elmin keşiyində” adlı monoqrafiya işıq üzü görüb.

Bizim.Media xəbər verir ki, nəşr Azərbaycanın ən böyük elmi-informasiya mərkəzlərindən biri olan Mərkəzi Elmi Kitabxananın birəsrlik fəaliyyət yolunu, keçdiyi inkişaf mərhələlərini və ölkənin elmi-mədəni həyatına verdiyi töhfələri əks etdirir.

Kitabın müəllifləri MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov və direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyevadır.

Nəşrin elmi redaktoru pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, rəyçiləri tarix üzrə fəlsəfə doktoru, dosent Sevda Xələfova və filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyeva, ixtisas redaktoru isə Şəbnəm Rüstəmovadır.
 

Monoqrafiyada 100 illik zəngin və keşməkeşli inkişaf yolu keçmiş AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fəaliyyəti geniş şəkildə tədqiq olunub, onun struktur bölmələri, informasiya mühitində tutduğu yer və müasir elmi-kommunikasiya proseslərindəki rolu elmi-nəzəri əsaslarla təhlil edilib.


“Azərbaycan elminin yaddaş arxivi: akademiya kitabxanasının yaranması və inkişaf tarixi” adlı birinci fəsildə kitabxananın təşəkkülü və inkişaf mərhələləri araşdırılıb. “Mərkəzi Elmi Kitabxananın şöbələri” adlı ikinci fəsildə qurumun struktur vahidlərinin yaranma tarixi və fəaliyyət istiqamətləri təqdim olunub.

“Mərkəzi Elmi Kitabxananın direktorları” adlı üçüncü fəsildə isə müxtəlif dövrlərdə kitabxanaya rəhbərlik etmiş direktorların həyat və fəaliyyəti işıqlandırılıb.

Monoqrafiya kitabxanaşünaslar, tarixçilər, elm və təhsil sahəsində çalışan mütəxəssislər, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

Payız axşamlarında izlənməli 5 film

Payız axşamlarında izlənməli 5 film

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

Bahalı saatı gündəm oldu - Foto

Bahalı saatı gündəm oldu - Foto

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

Dırnaqlarınızı bu rənglərə boyayın – Pul gətirəcək – FOTO

Dırnaqlarınızı bu rənglərə boyayın – Pul gətirəcək – FOTO

Bakıda bir neçə yolda sürət həddi ENDİRİLDİ

Bakıda bir neçə yolda sürət həddi ENDİRİLDİ

Azərbaycanın taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Azərbaycanın taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Kaşpirovski vəfat etdi

Kaşpirovski vəfat etdi

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO