Belarusda koronavirusa qarşı kütləvi vaksinasiyaya başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) açıqlama yayıb.
“Belarus Səhiyyə Nazirliyi, Rusiya Federasiyası Səhiyyə Nazirliyi və Rusiya Birbaşa İnvestisiya Fondu Belarus əhalisinin “Sputnik V” preparatı ilə koronavirusa qarşı peyvəndlənməyə başladığını elan etdi”, - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, Belarus Rusiyadan sonra “Sputnik V”i rəsmi olaraq qeydiyyata alan ilk dövlət olub.
Bizim.Media