Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Bizim.Media xəbər verir ki, "TikTok" sosial şəbəkəsində canlı yayımda təhqiramiz ifadələr səsləndirən 23 yaşlı Süleyman Məmmədov saxlanılıb.
Onun barəsində internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib olunub.
Müvafiq qərarla S.Məmmədov 15 gün müddətinə inzibati qaydada həbs olunub. (oxu.az)
Bizim.Media