Şamaxıda avtomobil qəzası baş verib.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq arakəsməyə çırpılıb.
Hadisə nəticəsində 1972-ci il təvəllüdlü Süleyman Bayramov, 1961-ci il təvəllüdlü İmran Ələkbərov, 1980-ci il təvəllüdlü İsmayıl Bayramov və 1984-cü il təvəllüdlü Əffət Camalova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media