Valideyn qayğısından məhrum olmuş uşaqlarda fərdi yanaşma prinsipi üstün rol oynayır - GÜLƏR MÜBARİZ YAZIR

Valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyəsi, sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası: kompleks yanaşma.

Müasir cəmiyyətin sosial inkişaf səviyyəsi onun ən həssas təbəqəyə – uşaqlara göstərdiyi münasibətlə ölçülür. Günümüzün ən həssas mövzu və ya problemlərindən olan uşaqların gələcək taleyinin formalaşmasında cəmiyyətin rolunu düşünürəm. Hələ ki bu uşaqlar xüsusi qayğıya möhtac olan və diqqətin vacib olduğu uşaqlardısa.

Xüsusilə valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud olan uşaqlar həm psixoloji, həm sosial, həm də pedaqoji baxımdan xüsusi diqqət tələb edən qrupdur. Mənəvi cəhətdən də möhtac olur bu körpələr.

Valideyn himayəsindən məhrum olma faktoru uşağın psixoloji inkişafına dərin təsir göstərir. Bu uşaqlarda erkən yaşlarda emosional bağların vaxtından əvvəl qırılması sevgi və diqqət çatışmazlığına yol açır ki, bu da gələcəkdə şəxsiyyətin formalaşmasında ciddi çətinliklər yaradır. Bu baxımdan o uşaqlara aşılanan bütün duyğular istər təlim-tərbiyə prosesində ,istərsə də akademik biliklərin ötürülməsi ilə məhdudlaşmamalıdır.
 

Eyni zamanda o duyğular uşağın emosional ehtiyaclarını da əhatə etməlidir. Elə müasir pedaqoji yanaşmalar da bu yanaşmadan fərdiləşdirilmiş təhsil modellərinin tətbiqini və hər bir uşağın fərdi xüsusiyyətlərinin nəzərə alınmasını tələb edir. Çünki onların inkişafı yalnız təhsil məsələsi deyil, onların taleyin ədalətsizliyi ucbatından pozulan insan hüquqlarının bərpası və inklüziv cəmiyyət quruculuğu məsələsidir.


Psixoloji dəstək bu prosesin ayrılmaz tərkib hissəsidir. Valideyn qayğısından məhrum olmuş uşaqlarda tez-tez müşahidə olunan emosional boşluq, güvənsizlik və sosial izolyasiya hallarının aradan qaldırılması üçün sistemli psixoloji müdaxilə tələb olunur. Fərdi və qrup terapiyaları, qayğıkeş və diqqətli yanaşma uşaqların daxili dünyasının bərpasına və emosional sabitliyin təmin edilməsinə kömək edir. Bu istiqamətdə iş yalnız qısamüddətli, onları xüsusi vəziyyətlərdən çıxarmaq üçün deyil, uzunmüddətli və davamlı şəkildə aparılmalıdır. Hər bir körpə bu həssasiyyəti hiss etməlidir.

Uşaqların psixologiyası lazımi istiqamətdə yoluna girdikdən sonra cəmiyyətə adaptasiya başlayır. Cəmiyyətə inteqrasiya məsələsi isə bu prosesin yekun və ən vacib mərhələsidir.

Cəmiyyətə inteqrasiya problemini necə həll etməli?

Uşaqların cəmiyyətə inteqrasiyası yalnız sosial proqramlarla deyil, ictimai şüurun dəyişməsi ilə mümkündür. Bu ilk olaraq ictimai maarifləndirmə tələb edir.

İlk olaraq cəmiyyətin bu uşaqlara münasibətinin dəyişməsi vacibdir. Bunun üçün də sosial kampaniyalar, mediada düzgün təqdimat, məktəblərdə inklüziv dəyərlərin təbliği vacibdir. Çünki belə yanaşma yalnız onların həyatını deyil, bütövlükdə cəmiyyətin humanist və davamlı inkişafını təmin edir.
 

Uşaqların gələcəkdə özlərini müstəqil və aktiv fərd kimi formalaşdırması üçün onların təhsil və məşğulluq imkanları genişləndirilməlidir. İstər peşə təhsili, istərsə də bacarıqlarının inkişafı proqramları və mentorluq sistemləri bu baxımdan mühüm rol oynayır. Bir sözlə, cəmiyyətin bu uşaqlara münasibətinin dəyişməsi, stereotiplərin aradan qaldırılması və inklüziv dəyərlərin təşviqi bu körpələrin gələcək həyatında əhəmiyyətli rol oynayır. Onlar da bizim gələcəyimiz deyilmi?


Könül istərdi ki, heç bir uşaq nə valideyn himayəsindən, nə də sağlamlıq imkanlarından məhrum olsun. Könül istərdi ki, hər körpə ailəsində xoşbəxt və sağlam böyüsün. Təəsüf ki, həyatın sınaqlarının qarşısına keçmək insan övladınının əlində deyil. Çətindir bu övladları öz yuvalarında olduğu kimi düzgün böyüdüb başa çatdırmaq. Çünki bütün uşaqların inkişafı çoxşaxəli və kompleks yanaşma tələb edir.

Bu təlim-tərbiyə, sosial müdafiə, psixoloji dəstək və inteqrasiya mexanizmləri vahid sistem daxilində yəni ailə birliyində qarşılıqlı həyata keçiriləndə daha effektiv olur. Yalnız bəzi neqativ hallarda bu baş vermədikdə onların potensialı tam şəkildə üzə çıxarılması və cəmiyyətin bərabərhüquqlu üzvləri kimi formalaşmalarının təmin edilməsi mümkün olmur.
İlk olaraq təlimdən başlayaq.

Təlim-tərbiyə prosesinin xüsusiyyətləri

Bu uşaqlar üçün təlim-tərbiyə prosesi ənənəvi modeldən fərqli olmalıdır. Hər uşağa özəl fərdiləşdirilmiş və inklüziv olması daha məqsədəuyğun olur. Burada hər uşağa fərdi yanaşma prinsipi üstün rol oynayır. Çünki hər bir uşağın psixoloji vəziyyəti, travmaları və sağlamlıq imkanları fərqlidir. Bunun üçün də təhsil proqramları da fərdiləşdirilməlidir. Bu yanaşma uyğun kurikulumların hazırlanmasını, xüsusi pedaqoji metodların tətbiqini, əhatəli sinif mühitinin yaradılmasını tələb edir.
 

Daha sonra bu uşaqların ən çox ehtiyacı olan ailə məfhumuna bənzər model onların həyatına bilavasitə daxil olmalıdır. Ailə mühitinə yaxın modelin yaradılması, uşaqların ailə mühitinə yaxın şəraitdə böyüməsi onların emosional inkişafına müsbət təsir göstərir. Bir çox dövlətlərdə tətbiq edilən himayədar ailə modeli bu baxımdan xüsusi əhəmiyyət daşıyır və uşaqların sosiallaşmasına, daha güvənli bir ortamda formalaşmasına effektiv şərait yaradır.


Sağlamlıq imkanları məhdud uşaqlar da xüsusi qayğıya möhtac olan uşaqlardır. Onların da düzgün formalaşması üçün düzgün bir yol xəritəsi ilə addımlamaq lazımdır. Və bir də uşaqlara qarşı sosial müdafiə sisteminin gücləndirilməsi də vacib amillərdən biridir.

Xüsusilə də valideyn himayəsindən məhrum olan uşaqlar dövlət tərəfindən xüsusi müdafiə mexanizmləri ilə təmin olunmalıdır.

Hüquqi və institusional baza adlanan bu sahə “valideyn himayəsindən məhrum uşaqların sosial müdafiəsi haqqında” qanunvericilik aktları ilə tənzimlənir . Bu sistem sosial xidmətlərin göstərilməsini, dövlət təminatını, reabilitasiya və məşğulluq imkanlarını əhatə edir.

Sosial xidmətlərin genişləndirilməsi yolunda effektiv sosial müdafiə, onun üçün isə aşağıdakı amillər vacibdir. Bu sahədə fəaliyyət göstərən sosial işçilər və onların bu istiqamətdə aktiv iştirakı,uşaqlar üçün fərdi inkişaf planlarının hazırlanması,təhsil, səhiyyə və məşğulluq sahələrinin qarşılıqlı fəaliyyəti uşaqların gələcəyi üçün atılan vacib addımlardandır.

Bəs psixoloji travma və onun təsiri uşaqların həyatında nə kimi rola malikdir?

Valideyn himayəsindən məhrum uşaqların ən böyük problemi emosional boşluq və travmadır.

Araşdırmalar göstərir ki, valideyn qayğısından məhrum olan uşaqlar özlərini tənha və lazımsız hiss edir, özgüvən problemi yaşayır, daima sosial münasibətlərdə çətinlik çəkir. Bu zaman dövrəyə psixoloji reabilitasiya metodları qatılır. Effektiv psixoloji dəstək üçün ən önəmli metodlar— fərdi və qrup terapiyaları, yaradıcı fəaliyyətlər, davranış terapiyası tətbiq olunmalıdır.
 

Çünki yaradıcı layihələr, məsələn, rəsm, musiqi və s. uşaqların emosional ifadə bacarıqlarını inkişaf etdirir və psixoloji bərpa prosesini sürətləndirir. Bu proseslərin davam etdiyi müddət ərzində uşaqlar üçün mütləq şəkildə uzunmüddətli müşahidə və dəstək lazımdır.


Psixoloji dəstək qısa müddətli deyil, davamlı olmalıdır. Hər bir uşağın formalaşma dövrü ərzində bu vacib sayılır. Çünki uşağın şəxsiyyət kimi formalaşmasına birbaşa təsir edən ən birinci elə psixoloji dəstəkdir.

Bu araşdırmalardan belə nəticəyə gəlmək olar ki, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqların inkişafı kompleks yanaşma tələb edir. Təlim-tərbiyə, sosial müdafiə, psixoloji dəstək və inteqrasiya bir-biri ilə əlaqəli şəkildə həyata keçirilməlidir.

Ən vacib məsələ isə bu uşaqlara “yardım obyekti” kimi deyil, cəmiyyətin bərabərhüquqlu üzvləri kimi yanaşmaqdır. Yəni, onları özümüzdən ayırmamaq cəmiyyətimizin üzərinə düşən ən böyük məsuliyyətdir.

Daha duyğusal yanaşsaq, belə yazardım ki, heç bir uşaq valideynsiz qalmasın, hüquqlarından məhrum olmasın, gözləri qayğı gəzməsin.

Uşaqlar mələkdir, dünyanın ən saf halıdır, saçlarının bir telinə belə qıyılmasın. Dünyanın ən saf halını dünyanın ən qorxunc bəlalarından qorumaq üçün bütün insaniyyətin əl-ələ verməsi lazımdır. Hər şey uşaqları— gələcəyimizi qorumaq adına…

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü

Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

"Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində QƏRAR

"Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində QƏRAR

Arda Güler dünyanın ən dəyərli 19-cu futbolçusu oldu - SİYAHI

Arda Güler dünyanın ən dəyərli 19-cu futbolçusu oldu - SİYAHI

Yüksək vəzifəyə təyin olunan Oqtay Gözəlov kimdir? – DOSYE

Yüksək vəzifəyə təyin olunan Oqtay Gözəlov kimdir? – DOSYE

Bolqarıstan sahillərində iki Türkiyə gəmisinə dron hücumu: Biri batıb – VİDEO

Bolqarıstan sahillərində iki Türkiyə gəmisinə dron hücumu: Biri batıb – VİDEO

1923-cü ildə rus tacirlər Şərqi Anadoludan 10 min pişik almaq istəyib

1923-cü ildə rus tacirlər Şərqi Anadoludan 10 min pişik almaq istəyib

Kamçatkada helikopter sərt eniş etdi

Kamçatkada helikopter sərt eniş etdi

Nazir şöbə müdirini vəzifədən azad etdi

Nazir şöbə müdirini vəzifədən azad etdi

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTO

İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTO

Qubada əməliyyat: 2 nəfər HƏBS EDİLDİ

Qubada əməliyyat: 2 nəfər HƏBS EDİLDİ

Aylıq sosial müavinət alanlarla bağlı yeni XƏBƏR VAR

Aylıq sosial müavinət alanlarla bağlı yeni XƏBƏR VAR

Məktəb bufetində zərərli qida satılırsa... – Direktor məsuliyyətə CƏLB OLUNACAQ?

Məktəb bufetində zərərli qida satılırsa... – Direktor məsuliyyətə CƏLB OLUNACAQ?

Sevinc Osmanqızının mənəvi faciəsi...

Sevinc Osmanqızının mənəvi faciəsi...

ISW: Ukrayna ordusu Volçansk yaxınlığında Rusiya qoşunlarını geri oturtdu

ISW: Ukrayna ordusu Volçansk yaxınlığında Rusiya qoşunlarını geri oturtdu

İstanbulda 7 şagirdi yaralayan qız belə ələ keçirildi – FOTO-VİDEO

İstanbulda 7 şagirdi yaralayan qız belə ələ keçirildi – FOTO-VİDEO

Sumqayıtda kanalizasiya xəttinə görə qazılan yol niyə bərpa olunmur? – VİDEO

Sumqayıtda kanalizasiya xəttinə görə qazılan yol niyə bərpa olunmur? – VİDEO

Türkiyə Ukraynaya Korkut hava hücumundan müdafiə kompleksi verib?

Türkiyə Ukraynaya Korkut hava hücumundan müdafiə kompleksi verib?

Moskva vilayətinə dron hücumu: Ölən və yaralananlar var - VİDEO

Moskva vilayətinə dron hücumu: Ölən və yaralananlar var - VİDEO

ADNSU-nun müəllimlərinə Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək məbləğdə mükafat verildi – FOTO

ADNSU-nun müəllimlərinə Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək məbləğdə mükafat verildi – FOTO

End of content

No more pages to load

RADİO