Monqolustandan olan jurnalistlər Azərbaycan haqda: Bir gənc nar şirəsi satırdı, pulsuz qonaq etdi...

Azərbaycanda səfərdə olmuş monqolustanlı jurnalistlər təəssüratlarını ölkənin müxtəlif media platformalarında dərc etdikləri materiallarda fəal şəkildə bölüşürlər.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, səfər çərçivəsində jurnalistlər paytaxt Bakının zəngin mədəni irsi və müasir infrastrukturu ilə yanaşı, regionların turizm potensialı ilə də tanış olublar.
 

"Urug" nəşrində dərc olunan materialın müəllifi oxuculara Azərbaycanın tarixi və səyahətlə bağlı təəssüratları barədə ətraflı danışıb. Onun sözlərinə görə, Bakı ilə ilk tanışlıq xüsusilə möhtəşəm olub: şəhər təkcə memarlığı ilə deyil, həm də Şərq koloriti ilə müasir həyat ritminin ahəngdar şəkildə birləşdiyi atmosferi ilə heyran edib. İçərişəhər jurnalistdə xüsusi təəssürat bağışlayıb.


"Günün ən gözəl hissəsi Köhnə şəhəri ziyarətimiz oldu. Burada sanki zaman dayanıb. Ölkənin əsas simvollarından biri, şübhəsiz ki, nardır. Onu təzə, sıxılmış halda dadmaq olar. Sarayın (Şirvanşahlar - red.) girişi qarşısında bir gənc nar şirəsi satırdı və məni pulsuz qonaq etdi. Onun dadı hələ də damağımdadır", - o əlavə edib.



"Odlar yurdu" ilə daha yaxından tanış olmaq istəyən jurnalist marşrutunu paytaxtın hüdudlarından kənarda davam etdirib. O, qədim qayaüstü rəsmləri ilə tanınan Qobustanı, tarixi Şəkini, füsunkar Qəbələni və ölkənin cənub bölgəsi olan Lənkəranı ziyarət edib.

O qeyd edir ki, bu məkanların hər biri Azərbaycanın zəngin tarixini, unikal təbiətini, qastronomik ənənələrini və yerli sakinlərin səmimi qonaqpərvərliyini əks etdirir:

"Demək istəyirəm ki, siz mütləq Azərbaycana baş çəkməlisiniz. Bu, həyatınızdakı ən gözəl səyahətlərdən biri olacaq".

"Ulaanbaatar News" nəşrinin jurnalisti isə öz növbəsində Azərbaycana səfərindən aldığı zəngin təəssüratlarını bölüşür. O vurğulayıb ki, səhər otelin pəncərəsindən açılan mənzərə ilə başlayıb: onun qarşısında qədim memarlıq binalarından ibarət şəhər panoraması açılıb. 

Səfər çərçivəsində o, həmçinin Bakının hüdudlarından kənara çıxaraq Şəki və Qəbələni, eləcə də "Yanardağ" Dövlət tarix-mədəniyyət və təbiət qoruğunu ziyarət edib.



"Bilirsinizmi ki, Azərbaycana "Odlar Yurdu" deyirlər? Bu ad təkcə tarix və mədəniyyət deyil, həm də təbii sərvətlər və geoloji quruluş baxımından odla sıx bağlı olan bir ölkədir. Bunu təsdiq edən yerlərdən biri Yanardağdır. Adı "yanan dağ" kimi tərcümə olunan bu yerdə dağın ətəyində təbii qaz sayəsində əbədi od yanır. Bu hadisə insanı gecə vaxtı xüsusilə valeh edir. Yanardağ Azərbaycanda odun ən parlaq rəmzlərindən biri sayılır və rəvayətə görə, artıq min illərdir yanır", - o qeyd edib.

"Graph" nəşrinin jurnalisti isə bildirib ki, hər bir kəs Azərbaycanda Qobustanı və palçıq vulkanlarını şəxsən ziyarət edərək, onları öz gözləri ilə görməli və zəngin tarixləri ilə daha yaxından tanış olmalıdır.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ChatGPT-də YENİLİK: Mətnlərə görünməz su nişanı əlavə ediləcək

ChatGPT-də YENİLİK: Mətnlərə görünməz su nişanı əlavə ediləcək

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Fizika üzrə Nobel mükafatı laureatı MƏLUM OLDU

Fizika üzrə Nobel mükafatı laureatı MƏLUM OLDU

Rusiyada evin həyətində ayı başı TAPILDI – FOTO

Rusiyada evin həyətində ayı başı TAPILDI – FOTO

Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı

Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı

Sibirdə taunla bağlı məhdudiyyətlər tətbiq edilib? - FOTO

Sibirdə taunla bağlı məhdudiyyətlər tətbiq edilib? - FOTO

ADY sərnişin daşınmasını 19 % ARTIRIB

ADY sərnişin daşınmasını 19 % ARTIRIB

Yağışdan sonra su altında qalan avtomobillər - Zərərini sığorta qarşılayır?

Yağışdan sonra su altında qalan avtomobillər - Zərərini sığorta qarşılayır?

Zəfərdən yeni hədəflərə - YAP-ın VIII Qurultayı hansı mesajları verdi?

Zəfərdən yeni hədəflərə - YAP-ın VIII Qurultayı hansı mesajları verdi?

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü

Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

"Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində QƏRAR

"Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində QƏRAR

Arda Güler dünyanın ən dəyərli 19-cu futbolçusu oldu - SİYAHI

Arda Güler dünyanın ən dəyərli 19-cu futbolçusu oldu - SİYAHI

Yüksək vəzifəyə təyin olunan Oqtay Gözəlov kimdir? – DOSYE

Yüksək vəzifəyə təyin olunan Oqtay Gözəlov kimdir? – DOSYE

Bolqarıstan sahillərində iki Türkiyə gəmisinə dron hücumu: Biri batıb – VİDEO

Bolqarıstan sahillərində iki Türkiyə gəmisinə dron hücumu: Biri batıb – VİDEO

1923-cü ildə rus tacirlər Şərqi Anadoludan 10 min pişik almaq istəyib

1923-cü ildə rus tacirlər Şərqi Anadoludan 10 min pişik almaq istəyib

Kamçatkada helikopter sərt eniş etdi

Kamçatkada helikopter sərt eniş etdi

Nazir şöbə müdirini vəzifədən azad etdi

Nazir şöbə müdirini vəzifədən azad etdi

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTO

İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTO

Qubada əməliyyat: 2 nəfər HƏBS EDİLDİ

Qubada əməliyyat: 2 nəfər HƏBS EDİLDİ

End of content

No more pages to load

RADİO