Prezident Suqovuşandan Azərbaycan xalqını təbrik etdi - YENİLƏNİB/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalı alovlandırıblar. Sonra dövlətimizin başçısı Azərbaycan xalqını təbrik edib.

Bizim.Media Prezident İlham Əliyevin təbrikini təqdim edir.

“Əziz bacılar və qardaşlar. Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.

İkinci dəfədir ki, tarixi Zəfərimizdən sonra biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edirik. Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır.

İkinci dəfədir ki, bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik. Bu gün mən Novruz tonqalını burada - Suqovuşanda qaladım, qədim Azərbaycan diyarı olan Suqovuşanda.

Keçən il isə Novruz bayramını mən Şuşa şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etmişdim və Azərbaycan xalqına müraciət etmişdim. Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik.

Suqovuşan qədim Azərbaycanın tarixi yeridir. Azərbaycan xalqı bu ərazilərdə əsrlər boyu yaşayıb. Ancaq 1923-cü ildə doğma Qarabağ diyarımızda qanunsuz və heç bir əsası olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır.

Qarabağın gözəl, səfalı yerləri qondarma quruma daxil edilmişdi, o cümlədən Şuşa şəhəri və Suqovuşan qəsəbəsi. Bu, xalqımıza qarşı növbəti ədalətsizlik idi, növbəti düşmənçilik idi. Çünki Qarabağ, onun tarixi Azərbaycan xalqının adı ilə bağlıdır.

Azərbaycan xalqı Qarabağda əsrlər boyu yaşayıb. Sadəcə olaraq, siyasi məqsədlər naminə uzun illər, sovet dövründə burada qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti fəaliyyət göstərirdi.

Bildiyiniz kimi, sonra ermənilər xalqımıza qarşı işğalçılıq siyasətinə əl atdılar və 30 ilə yaxın müddətdə bizim doğma Qarabağımız və Şərqi Zəngəzurun bir hissəsi ermənilərin əlində idi. Buna son qoyulmalı idi və son qoyuldu. Biz gördük ki, heç bir danışıqlar, heç bir siyasi addımlar bizi məqsədimizə yaxınlaşdırmır.

Biz görürdük və bilirdik, ancaq güclü, daha iradəli olmalıyıq ki, öz haqqımızı qoruyaq, tarixi ədaləti bərpa edək. Azərbaycan dövləti, Azərbaycan Ordusu, bütün Silahlı Qüvvələrimiz bu tarixi missiyanı 2020-ci ildə yerinə yetirdi. Biz döyüşərək, qan tökərək, şəhidlər verərək doğma diyarımızı erməni işğalından azad etdik və Qarabağa qayıtdıq.

Biz artıq burada yerləşmişik, biz buraya qayıtmışıq, doğma diyarımıza qayıtmışıq. Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır.

Abadlıq və quruculuq işləri, o cümlədən Suqovuşan qəsəbəsində də geniş vüsət alıbdır. Bu gün burada bir neçə tədbirdə iştirak etmişəm, o cümlədən yaşayış binalarının bərpası, turizm zonalarının yaradılması. Bütövlükdə həm Qarabağda, həm Şərqi Zəngəzurda quruculuq, abadlıq işləri planlı şəkildə aparılır.

Biz elə etməliyik ki, qısa müddət ərzində ancaq böyük səmərə ilə və böyük keyfiyyətlə 10 min kvadratkilometrdən çox olan ərazini yenidən quraq. Çünki mənfur düşmən işğal dövründə bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib, bütün tarixi abidələrimizi dağıdıb, təhqir edib. Biz isə qurub-yaradan xalqıq.

Müharibədən cəmi bir ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, biz artıq qurub-yaradırıq. Əminəm ki, biz bütün planlara, nəzərdə tutulmuş bütün məqsədlərə nail olacağıq və nail oluruq. Budur bugünkü Azərbaycanın reallıqları.

Bugünkü güclü Azərbaycan bütün bu işləri görməyə qadirdir. Siyasi iradə var, iqtisadi güc var, xalqımızın səfərbərliyi var, milli həmrəylik ən yüksək zirvədədir və əlbəttə ki, şanlı tarixi Zəfərimiz hər birimiz üçün qürur mənbəyidir.

Biz haqlı olaraq fəxr edirik ki, müzəffər dövlətin vətəndaşlarıyıq, ordumuzla fəxr edirik, insanlarımızla fəxr edirik. Bizə bu xoşbəxtliyi yaşadan gənclərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq.

Bu gün bu gözəl mənzərəli yerlərə baxdıqca bir daha görürəm, diyarımız nə qədər gözəldir, dağlarımız nə qədər əzəmətlidir. Bütün bu tarixi gözəlliyə biz gözəllik qatacağıq, zövq qatacağıq və burada azərbaycanlılar rahat yaşayacaqlar, sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayacaqlar. Sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir və Azərbaycan Silahlı Qüvvələridir.

Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram. Bu əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik etmək istəyirəm.

Bir daha demək istəyirəm, bundan sonra da var gücümlə çalışacağam ki, Azərbaycan daim sürətlə inkişaf etsin, yüksələn xətlə getsin və qarşıda duran bütün vəzifələr icra edilsin. Qarabağ Azərbaycandır!”.


13.36 

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində olublar.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev Suqovuşandan Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.

Bununla bağlı reportaj saat 16.00-da telekanallar vasitəsi ilə yayımlanacaq.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib

Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib

Fars körfəzinin milyarderləri Londonu kütləvi şəkildə satın alır

Fars körfəzinin milyarderləri Londonu kütləvi şəkildə satın alır

Məktəblərdə vahid geyim tələbi ilə bağlı qanun TƏSDİQLƏNDİ

Məktəblərdə vahid geyim tələbi ilə bağlı qanun TƏSDİQLƏNDİ

Azərbaycanla Sudan bu şəxsləri vizadan qarşılıqlı azad etdi

Azərbaycanla Sudan bu şəxsləri vizadan qarşılıqlı azad etdi

Arzumun azadlıqda ilk görüntüləri – VİDEO

Arzumun azadlıqda ilk görüntüləri – VİDEO

Peskov: Ukraynada yeni Komandanın təyinatı cəbhədə ciddi dəyişiklik yaratmayacaq

Peskov: Ukraynada yeni Komandanın təyinatı cəbhədə ciddi dəyişiklik yaratmayacaq

ABŞ Venesuela neftinin satışından milyardlarla dollar qazandı – FOTO

ABŞ Venesuela neftinin satışından milyardlarla dollar qazandı – FOTO

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin nizamnaməsi təsdiqləndi

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin nizamnaməsi təsdiqləndi

Prezidentdən Rauf Arifoğlu ilə bağlı SƏRƏNCAM

Prezidentdən Rauf Arifoğlu ilə bağlı SƏRƏNCAM

Fransa 15 yaşdan kiçik uşaqlara sosial şəbəkələri qadağan edən ilk Aİ ölkəsi olacaq

Fransa 15 yaşdan kiçik uşaqlara sosial şəbəkələri qadağan edən ilk Aİ ölkəsi olacaq

Lavrov: Amerikalılar Ukrayna silahlarının Rusiyadakı hədəflərə yönəldilməsində birbaşa iştirak edirlər – VİDEO

Lavrov: Amerikalılar Ukrayna silahlarının Rusiyadakı hədəflərə yönəldilməsində birbaşa iştirak edirlər – VİDEO

CNN: Trampın müraciəti olarsa, İsrail İrana qarşı müharibəyə qoşulacaq

CNN: Trampın müraciəti olarsa, İsrail İrana qarşı müharibəyə qoşulacaq

Volodin yanacaq böhranından narazı olanları “beşinci kolon” adlandırdı – VİDEO

Volodin yanacaq böhranından narazı olanları “beşinci kolon” adlandırdı – VİDEO

Mahir Emreli: Polşaya qayıtmaq nostalji hisslər oyatdı

Mahir Emreli: Polşaya qayıtmaq nostalji hisslər oyatdı

IV kurs tələbəsi vəfat etdi – FOTO

IV kurs tələbəsi vəfat etdi – FOTO

Rusiyanın İrana silah verməsi ilə bağlı xəbərlərə Lavrovdan REAKSİYA

Rusiyanın İrana silah verməsi ilə bağlı xəbərlərə Lavrovdan REAKSİYA

Saxlanıldı, sosial şəbəkə hesabları bloklandı

Saxlanıldı, sosial şəbəkə hesabları bloklandı

Bakıdan Texasadək: 10 yaşlı azərbaycanlı üzgüçü bu yolu necə keçir? – FOTO

Bakıdan Texasadək: 10 yaşlı azərbaycanlı üzgüçü bu yolu necə keçir? – FOTO

Kiberpolis hüquqi şəxslərin biznes hesablarına hücum edən şəxsi SAXLADI - VİDEO

Kiberpolis hüquqi şəxslərin biznes hesablarına hücum edən şəxsi SAXLADI - VİDEO

Azərbaycanda temperatur 41 dərəcəyə yüksələcək – XƏBƏRDARLIQ

Azərbaycanda temperatur 41 dərəcəyə yüksələcək – XƏBƏRDARLIQ

“Qarabağ” transfer etmək istəyirdi, ÇSKA təklif göndərdi

“Qarabağ” transfer etmək istəyirdi, ÇSKA təklif göndərdi

“La Dépêche de Kanaky” nəşri: Bakı bəhanədir, əsas məsələ Fransanın bitməyən müstəmləkəçiliyidir

“La Dépêche de Kanaky” nəşri: Bakı bəhanədir, əsas məsələ Fransanın bitməyən müstəmləkəçiliyidir

Ukrayna mediası İlham Əliyevin Almaniyaya səfərinə geniş yer ayırıb - FOTO

Ukrayna mediası İlham Əliyevin Almaniyaya səfərinə geniş yer ayırıb - FOTO

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

End of content

No more pages to load

RADİO