Kiberpolis hüquqi şəxslərin biznes hesablarına hücum edən şəxsi SAXLADI - VİDEO

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müxtəlif hüquqi şəxslərə məxsus biznes hesablarına xüsusi proqram təminatları vasitəsilə qanunsuz müdaxilə edilərək pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətlər daxil olub.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilmiş əməliyyat-texniki tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Zakir Nəhmədov müəyyən edilərək saxlanılıb.
 

Araşdırmalarla müəyyən edilib ki, Z.Nəhmədov xüsusi proqram təminatları hazırlayaraq müxtəlif MMC-lərə məxsus biznes hesablarına aid identifikasiya məlumatlarını ələ keçirib. Daha sonra həmin məlumatlardan istifadə etməklə biznes hesablarına giriş üçün elektron təsdiq sorğuları göndərib. Sorğuların göndərilmə mənbəyi yoxlanılmadan onlar təsdiqlədikdən sonra Z.Nəhmədov hesablara qanunsuz giriş əldə edərək orada olan pul vəsaitlərini ələ keçirib.


Sonradan o, cinayət yolu ilə əldə etdiyi vəsaitlərin mənbəyini gizlətmək və “iz” itirmək məqsədilə həmin pulları kriptovalyutaya çevirərək leqallaşdırıb. İlkin araşdırma zamanı Z.Nəhmədovun zərərçəkmişlərə 100 min manatdan artıq ziyan vurduğu məlum olub.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

“Bir daha vətəndaşlara və sahibkarlıq subyektlərinə müraciət edərək bildiririk ki, identifikasiya məlumatları, internet bankçılığı və digər elektron ödəniş vasitələri ilə bağlı daxil olan sorğuların mənbəyini yoxlamadan təsdiqləməsinlər. Heç bir halda giriş məlumatlarını, təsdiq kodlarını və elektron imza məlumatlarını üçüncü şəxslərlə paylaşmasınlar. Şübhəli sorğular və keçidlər, həmçinin hesablarla bağlı naməlum əməliyyatlar müşahidə etdikdə dərhal xidmət göstərən banka və polis orqanlarına məlumat versinlər. Unutmaq olmaz ki, təsdiq edilən hər bir elektron sorğu hesablarınız üzrə maliyyə əməliyyatlarının həyata keçirilməsinə zəmin yarada bilər” – məlumatda qeyd edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

Nərimanovda mənzil seçənlər üçün yeni satış imkanı: güzəştli kredit 8%-dən başlayır

Nərimanovda mənzil seçənlər üçün yeni satış imkanı: güzəştli kredit 8%-dən başlayır

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə TƏSDİQLƏNDİ

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə TƏSDİQLƏNDİ

Binəqədi sakinlərinə ŞAD XƏBƏR – FOTO

Binəqədi sakinlərinə ŞAD XƏBƏR – FOTO

Hacıbala Abutalıbov illər sonra görüntüləndi – VİDEO

Hacıbala Abutalıbov illər sonra görüntüləndi – VİDEO

İşsiz qalanlara MADDİ DƏSTƏK... – Kimlər və nə qədər pul ala bilər?

İşsiz qalanlara MADDİ DƏSTƏK... – Kimlər və nə qədər pul ala bilər?

“Eşref” geri qayıdır - Amma təkdir

“Eşref” geri qayıdır - Amma təkdir

Soyuq Naxçıvan zalından suveren Azərbaycana – Dəyişməyən siyasi xəttin 34 illik yolu

Soyuq Naxçıvan zalından suveren Azərbaycana – Dəyişməyən siyasi xəttin 34 illik yolu

Sumqayıtda zəhərlənən şagirdlər EVƏ BURAXILDI

Sumqayıtda zəhərlənən şagirdlər EVƏ BURAXILDI

Nazir kombaynla pambıq yığdı – VİDEO

Nazir kombaynla pambıq yığdı – VİDEO

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

Kiyevdə dron hücumu zamanı ölən azərbaycanlı Kürdəmirdə torpağa tapşırıldı – FOTO

Kiyevdə dron hücumu zamanı ölən azərbaycanlı Kürdəmirdə torpağa tapşırıldı – FOTO

“Şirvangöl” şadlıq sarayında saxta araq aşkarlandı – FOTO

“Şirvangöl” şadlıq sarayında saxta araq aşkarlandı – FOTO

70 “ç” ilə işdən çıxarılan direktor narazıdır - Açıqlama

70 “ç” ilə işdən çıxarılan direktor narazıdır - Açıqlama

Süni intellekt ən faydalı balığı açıqladı

Süni intellekt ən faydalı balığı açıqladı

Azərbaycan - Litva oyununun hakimləri açıqlandı

Azərbaycan - Litva oyununun hakimləri açıqlandı

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? – Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? – Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi

Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi

Məşhur YAP-çılar İdarə Heyətindən çıxarılır

Məşhur YAP-çılar İdarə Heyətindən çıxarılır

Qaxda əməliyyat: Narkotacirlərin telefon danışıqları yayıldı – VİDEO

Qaxda əməliyyat: Narkotacirlərin telefon danışıqları yayıldı – VİDEO

Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz

Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz

End of content

No more pages to load

RADİO