Böyük Britaniya və ABŞ Ukraynadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın BMT yanında Daimi Nümayəndəliyinin "Twitter" səhifəsində yazılıb.
"Böyük Britaniya, ABŞ, Fransa, Albaniya, İrlandiya və Norveç Ukraynadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırıblar", - deyə mənbə qeyd edib.
İclasın tarixi və vaxtı barədə məlumat verilmir.
Bizim.Media