Koronavirusa yoluxub sağalan 95 yaşlı Britaniya kraliçası II Elizabetin səhhəti ilə bağlı yeni xəbər var.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, şəxsi həkimin tövsiyəsiyəsi əsasında kraliça açıq havaya çıxmır. Onun özünü yaxşı hiss etmədiyi deyilir.
Qeyd edək ki, fevralın 20-də koronavirusa yoluxan kraliça sağalsa da, kifayət qədər zəiflədiyi vurğulanıb.
Bizim.Media